Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Niderland seçkisində ifrat millətçi Gert Vildersin partiyası irəlidədir


Gert Vilders
Gert Vilders

Niderlandda keçirilən parlament seçkisində ilkin məlumatlara görə Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) qalib gəlmək üzrədir. Bu partiyanın son çağırışda olduğundan iki dəfə çox səs toplayacağı gözlənilir.

Bülletenlərin 98 faizinin sayılmasından sonra Azadlıq Partiyasının 150 yerlik parlamentə 37 mandat qazandığı məlum olub. Bu da qeyd olunmalıdır ki, seçkidən əvvəl keçirilən rəy sorğuları belə bir nəticə göstərməmişdi.

Leyboristlərlə “yaşılların” GroenLinks-PvdA partiyasının 25 yer qazandığı görünür. Bu partiyanın lideri Frans Timmermans Avropa Komissiyası sədrinin kerçmiş müavinidir.

Hazırda baş nazirin səlahiyyətlərini icra edən Mark Rüttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) parlamentə 24 mandat qazana bilib.

Seçkidə ümumilikdə 26 partiya iştirak edir. Onlardan 15-nin parlamentə keçəcəyi gözlənilir.

Kürd əsilli siyasətçi ilk qadın baş nazir ola bilər

Beləliklə, yeni hökumətin təşkili üçün ilk təklif Azadlıq Partiyasına verilməlidir.

Amma şərhçilər bildirirlər ki, bu partiyanın hökumət təşkil etməsi üçün azı 76 deputatın dəstəyini qazanması lazımdır.

Burası da var ki, “yaşıllar” və “Yeni ictimai müqavilə” partiyaları ifrat sağçılarla heç bir koalisiyaya daxil olmayacaqlarını deyiblər.

Hələ seçkiddən əvvəl Vilders demişdi ki, hakim VVD partiaysı ilə koalisiya danışıqlarına hazırdır.

VVD Azadlıq Partiyası ilə koalisiya danışıqlarına hazır olduğunu bildirsə də, şərt qoyub ki, Gert Vilders hökumət başçısı olmayacaq.

Bu halda VVD-nin yeni lideri Dilan Yeşilgöz-Zegerius ölkə tarixində ilk qadın baş nazir ola bilər. O kürd qaçqın ailəsində doğulub.

Amma bir çox ekspertlər narahatdırlar ki, koalisiya danışıqları uzun müddət istəyə bilər. Bundan əvvəlki koalisiyanın təşkili üçün 271 gün lazım gəlmişdi.

Gert Vildersin ritorikası

Azadlıq Partiyasının lideri Gert Vilders antimühacir və antimüsəlman ritorikası ilə tanınır.

O 2016-cı ildə mərakeşliləri açıq şəkidə “tör-töküntü” adlandırmışdı. Lakin Vilders bu seçkinin kampaniyasında partiyasının mövqeyini yumşaltmağa cəhd göstərib. O deyib ki, “dinindən, mənşəyindən, cinsindən və daha nələrdənsə asılı olmayaraq” hamının baş naziri olacaq.

Vilders habelə ölkəsinin Avropa İttifaqından çıxmasını təbliğ edir.

Vilders bundan əvvəl demişdi ki, Niderland Ukraynaya hərbi yardımları dayandırmalıdır.

Seçkilərə bir neçə gün qalmış Niderland Müdafiə Nazirliyi Ukrayna üçün 2 milyard avro vəsait ayırıb.

Nazirlik vəd etmişdi ki, Kiyevə yardımlar gələcəkdə də davam etdiriləcək.

Niderlandda erkən seçkilər bu ilin iyulunda bu postu son 13 ildə tutan baş nazir Rütte hökumətinin istefasını bəyan edəndən sonra elan olunub.

Onun koalisiyası miqrantlara sığınacaq verilməsi məsələsində razılığa gələ bilmədiyindən dağılıb.

XS
SM
MD
LG