Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 13:56

Niderlandda MH17 işi üzrə məhkəmə başlanır


Vəkillər məhkəmə binasına daxil olur, 7 iyun, 2021-ci il

Niderland hökuməti hadisəyə görə Moskvanın məsuliyyət daşıdığını bildirir. Moskva isə Ukraynanın şərqindəki münaqişədə əli olmadığını deyir, MH17-nin havada partlamasına dair müxtəlif nəzəriyyələr səsləndirir

İyunun 7-də Niderlandda, Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin 2014-cü ildə Ukrayna səmasında vurulması ilə əlaqədar dörd şübhəliyə qarşı məhkəmə işi başlanır.

Proses rəsmən 2020-ci ilin martında başlanıb, indiyədək müxtəlif vəsatətlərə baxılıb. Vəsatətlər daha çox qəzayla bağlı dəlillərin qəbulu ilə əlaqədar olub.

Təyyarədəki 298 sərnişin və heyət üzvü həlak olmuşdu.

Şübhəlilər qiyabi mühakimə olunacaq

MH17 təyyarəsi Amsterdamdan Kuala Lumpura uçarkən Rusiya istehsalı olan Buk yer-hava tipli raketlə vurulub. Atəşin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən açıldığı təsbit olunub.

Şübhəlilər – rusiyalılar Sergey Dubinski, Oleq Pulatovİqor Girkin və ukraynalı Leonid Xarçenko qiyabi mühakimə olunurlar. Pulatovu məhkəmədə vəkilləri təmsil edir.

Dörd şübhəlinin Kiyevlə savaşan separatçıların əsas fiqurları olduğu bildirilir.

2018-ci ilin mayında beynəlxalq təhqiqatçılar təyyarənin vurulmasında istifadə olunan qurğunun Rusiyanın 53-cü zenit-raket briqadasına məxsusluğunu təsbit edib.

Məhkəmə ona görə Niderlandda keçirilir ki, təyyarə Amsterdamdan çıxıb və qurbanların 196 nəfəri niderlandlı olub.

Versiyalar

Məhkəmə iclasın ümumi mövzularla başlanacağını bildirir. İyunun 8-dən 10-dək daha üç gün müzakirə aparılacaq.

İyunun 17-18-də ittiham tərəfi arqumentlərini səsləndirəcək. Müdafiə tərəfinə də müzakirə imkanı veriləcək.

Qurbanların yaxınları sentyabrda məhkəməyə müraciət edəcəklər. Yekun arqumentlər üçün tarix qoyulmayıb.

Niderland hökuməti hadisəyə görə Moskvanın məsuliyyət daşıdığını bildirir. Moskva isə Ukraynanın şərqindəki münaqişədə əli olmadığını deyir, MH17-nin havada partlamasına dair müxtəlif nəzəriyyələr səsləndirir. Versiyalar içində təyyarənin Ukrayna hava qüvvələri, Buk sistemiylə Ukrayna quru qüvvələri tərəfindən vurulması da var.

Bu faciə Moskva ilə Qərb arasında gərginliyi daha da dərinləşdirib. Bundan öncə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Ukraynanın moskvapərəst prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında devrilərək Rusiyaya qaçandan sonra hökumətin separatçılarla mübarizəsi başlanıb.

Şərhlər

XS
SM
MD
LG