Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 05:01

NİDA fəalı polisdə sorgu-sual edildiyini deyir


Əbülfəz Qurbanlı

NİDA Vətəndaş Hərəkatı rəhbərlərindən Əbülfəz Qurbanlının polisə aparıldığı bildirilir.

O, açıqlamasında deyib ki, mayın 30-u, günün birinci yarısında yaşadığı Sumqayıt şəhərində saxlanıb:

“Səhər evdən çıxanda 3 nəfər yaxınlaşdı, onlarla Sumqayıt Şəhər Polis İdarəsinə getməli olduğumu bildirdilər. Etiraz etməyib, onlarla birgə polisə getdim”.

Qurbanlı burada idarənin rəis müavininin yanına aparıldığını deyib:

“O, mayın 28-də keçirilmiş cumhuriyyət yürüşündə iştirak etdiyimi, təşkilatçı olduğumu, şüar səsləndirdiyimi dedi. Mən də bayram tədbirində iştirak etdiyimi, orada qanundan kənar heç nə olmadığını bildirdim. Polisin yolu kəsib yürüşə imkan vermədiyini dedim”.

Polisdə ailəsinin tərkibi və fəaliyyəti haqda sualları da cavablandırdığını deyən Əbülfəz Qurbanlı iki saatdan artıq idarədə saxlandığını qeyd edib. Onun deməsinə görə, sonda şifahi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Əbülfəz Qurbanlının bu açıqlamasına, hələlik, Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində Repsublika Günü münasibətilə yürüş keçirilib.

Yürüşü REAL Partiyasının və müstəqil vətəndaş cəmiyyəti təmsilçilərinin təşkil etdiyi bildirilir.

Polis həmin aksiyanın sonadək keçirilməsinə imkan verməyib. İştirakçılar Bakı bulvarına buraxılmayıblar. Polis bunu bayram aksiyasının şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah edib.

Mayın 29-u və 30-da REAL Partiyasının həmin aksiyada iştirak etmiş təmsilçilərindən 4-ü inzibati qaydada həbs edilib. Onlardan üçü 30, biri isə 25 sutka polisin tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib. Baş verənlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

NİDA Vətəndaş Hərəkatı Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında yaradılmış hərəkat olduğunu elan edib.

Hərəkatın 5 üzvü, müxtəlif ittihamlarla hazırda həbsxanadadır.

XS
SM
MD
LG