Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

NİDA Vətəndaş Hərəkatı bəyanat yayıb


NİDA-nın loqosu.

“Bir sıra siyasi fəallara, o cümlədən NİDA Vətəndaş Hərəkatının üzvlərinə qarşı həyata keçirilən son repressiyalar hakimiyyətin fərqli və müxalif fikrə hörmətlə yanaşmamasını göstərir”.

NİDA Vətəndaş Hərəkatının yaydığı bəyanatda belə yazılır.

Hərəkat sosial şəbəkələrdə tənqidi fikirləri ilə seçilən fəalların həbs edildiyini bəyan edir.

“2017-cı il yanvarın 16-da NİDA üzvü Elgiz Qəhrəmana saxta narkotik ittihamları əsasında Ağır Cinayətlər Məhkəməsi 5 il 6 ay həbs cəzası verib. Eyni gündə, digər üzvümüz Rahim Vəliyevi Nərimanov Rayon Məhkəməsi polisin qanuni tələblərinə tabe olmamaq ittihamı əsasında 30 sutka inzibati həbsə məhkum edib. Yanvarın 10-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Nicat Nizamov eyni ittihamla 10 sutka həbs cəzası alıb. Yuxarıda qeyd olunanlardan əlavə, işlərinin ictimailəşməsinə istəməyən bir neçə digər şəxs də, saxta ittihamlar əsasında inzibati həbsə məruz qalıblar. Bütün bu repressiyaları birləşdirən ortaq cəhət həbs olunmuş şəxslərin “Facebook”da etdikləri tənqidi paylaşmalardır”, bəyanatda deyilir.

NİDA Vətəndaş Hərəkatı gənclərlə bağlı baş verənləri ifadə azadlığına hücum kimi dəyərləndirir və pisləyir.

“Son vaxtlar artan etirazları tənqidi fikirləri boğmaqla deyil, yalnız ölkədə təcili köklü siyasi və iqtisadi islahatlar keçirməklə, siyasi məhbusları azadlığa buraxmaqla azaltmaq mümkün olacaq”, NİDA Vətəndaş Hərəkatı qeyd edir.

Azərbaycan hakimiyyətinin rəsmiləri isə ölkədə siyasi mülahizələrlə həbslərin aparıldığı, söz və fikir azadlığına basqıların olduğu fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG