Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:09

Cəbhəçi gəncə 10 sutka həbs verilib


Nicat Nizamov
Nicat Nizamov

AXCP fəalı Nicat Nizamov Suraxanı Rayon Məhkəməsində 10 sutka inzibatı həbs cəzası alıb.

Bu barədə AzadlıqRadiosuna məhkəmə önündə gözləyən AXCP üzvləri məlumat veriblər.

+++

«AXCP fəalı Nicat Nizamov Suraxanı Rayon Məhkəməsinə aparılıb». Bunu AzadlıqRadiosuna partiya sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun deməsinə görə, məhkəmə prosesi, hələ, başlamayıb: «Bu, artıq, inzibati həbs deməkdir. Sadəcə olaraq bunun 25, yoxsa 30 sutka olacağı məsələsi var, onu da görəcəyik».

Cəbhəçi gəncin polisə müqavimətdə günahlandırıldığı bildirilir.

Evindən aparılan gənc cəbhəçidən xəbər yoxdur

«Yanvarın 9-u yaşadığı evdən Suraxanı Rayon Polis İdarəsinin 30 saylı bölməsinə aparılan AXCP fəalı Nicat Nizamov sərbəst buraxılmayıb. Hələ də, polis bölməsində saxlanılır».

Bunu AzadlıqRadiosuna partiyanın sədr müavini Gözəl Bayramlı bildirib.

G.Bayramlının deməsinə görə, yanvarın 9-u gecə saatlarına kimi polis bölməsinin həyətinə toplaşan partiya üzvlərinə bu saxlanmanın səbəbi barədə hər hansı açıqlama verilməyib.

G.Bayramlı N.Nizamovun yaxın saatlardaməhkəmə önünə çıxarılacağı düşüncəsindədir: «Adətən belə hallarda üzvlərimizi məhkəməyə çıxararaq inzibati qaydada həbs edirlər».

Buna da bax-Bloqqerin yoxa çıxdığı bildirilir

Məsələyə, hələlik, nə Suraxanı Rayon Polis İdarəsinin 30 saylı bölməsindən, nə də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olub.

AXCP üzvü N.Nizamovun yanvarın 9-u saat 16 radələrində evindən 30 saylı polis bölməsinə gətirildiyi bildirilir. Ancaq gəncin sonrakı taleyi ilə bağlı heç bir açıqlama verilmir.

Hazırda bu partiyanın 10-dan çox üzvü həbsdədir. AXCP onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Ötən il AXCP-nin 31 üzvünə isə inzibati qaydada həbs cəzaları verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG