Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

Fin neyrocərrah özbək prezidentinin son dəqiqələrindən danışıb


Karimovun Səmərqənddə dəfn mərasimi
Karimovun Səmərqənddə dəfn mərasimi

İslam Karimovun müalicəsinə qatılan finlandiyalı cərrah Juha Hernesniemi onu sağaltmaq üçün bir sıra başqa xarici mütəxəssislərlə birgə Özbəkistana çağrılmışdı. Onun özü Finlandiyanın "Yle" radiosuna belə deyib.

Hernesniemi dünyanın aparıcı neyrocərrahlarından biri kimi tanınır.

Cərrahın sözlərinə görə, ötən şənbə Qazaxıstandan olan keçmiş tələbəsi ona zəng vuraraq çox təcili iş üçün axtardığını söyləyib və bildirib ki, Özbəkistan prezidenti xəstəxanadadır, köməyə ehtiyacı var: "Xaricdə çoxlu əməliyyatlar apardığımdan, bu xahişdə qeyri-adi heç nə görmədim". Beləcə, Hernesniemi Helsinkiyə göndərilən özəl təyyarə ilə Özbəkistana uçub.

Buna da bax:​ Özbəkistan Islam Karimov-la vidalaşır

“Sonra hakimiyyətin oyunları başlandı...”

Doktor Hernesniemi ondan başqa Rusiya və Almaniyadan da həkim qruplarının gəldiyini deyir.

Cərrah danışır ki, xəstənin durumuna dair tibbi çıxarışla tanış olandan sonra müalicəni sürdürməyin mənasız olduğunu anlayıb: "Xəstə, əslində, artıq ölmüşdü. Bu, beynin ölümü idi. Mütəxəssis qrupları öz rəylərini bildirəndən sonra hakimiyyətin oyunları başlandı”.

Cərrah: «Xəstənin durumuna dair tibbi çıxarışla tanış olandan sonra müalicəni sürdürməyin mənasız olduğunu anladım»

Cərrah "hakimiyyət oyunları" deyərkən, süni tənəffüs aparatına qoşulmuş liderin ölümünün bəlli bir müddət elan edilməməsini nəzərdə tutur. Düzdür, Karimov-u süni tənəffüs aparatında çox saxlamayıblar. Cümə günü axşam hökumət və parlament onun öldüyünü açıqlayıb və o, şənbə günü doğma Səmərqənd şəhərində torpağa tapşırılıb.

Buna da bax:​ İslam Karimov hakimiyyətdə boşluq qoyub getdi

Karyerası boyunca 70 min xəstəni sağaldıb

Hernesniemi dünyanın aparıcı neyrocərrahlarından biri kimi tanınır. O, ötən il Helsinki Mərkəzi Universitet Xəstəxanasının müdiri vəzifəsindən təqaüdə çıxsa da, müəllimlik və cərrahlıq fəaliyyətini davam etdirir. "Duodecim" həkimlər cəmiyyətinin məlumatına görə, finlandiyalı neyrocərrah öz karyerası boyunca 70 min xəstənin müalicəsinə qatılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG