Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Neymar fırıldaqçılıq və korrupsiyada ittiham olunur


Barcelona klubunun futbolçusu Neymar Berlində.
Barcelona klubunun futbolçusu Neymar Berlində.

Barselona futbol klubunun forvardı Neymar 2013-cü ildə Braziliyanın "Santos" klubundan "Barca"ya keçəndən bəri 171 oyunda 95 qol vurub.

60 MİLYON DOLLAR

Neymar və təmsil etdiyi klub idmançının "Santos" klubundan transferi zamanı baş verdiyi iddia olunan korrupsiya halı ilə bağlı məsuliyyətə cəlb olunacaqlar. Onlar artıq sonuncu apellyasiya məhkəməsini də uduzublar.

Sözügedən iş Braziliyanın DIS investisiya qrupunun şikayəti əsasında qaldırılıb. Bu şirkət Neymarın transferi hüququnun 40 faizinə malikdir.

Şirkət 2013-cü ildə Neymarın "Santos"dan "Barca"ya transferi zamanı almalı olduğundan daha az pul aldığını iddia edir. Transfer 49 milyon Britaniya funtuna (indiki məzənnə ilə 60,8 milyon dollardan artıq) başa gəlmişdi.

Buna da bax:​ 'Barcelona' darmadağınla qalib gəldi

FIRILDAQÇILIQ VƏ KORRUPSİYA İTTİHAMLARI

"Santos" klubu, Neymarın anası və 25 yaşlı futbolçunun valideynlərinə aid şirkət də məsuliyyətə cəlb ediləcək.

""Santos" futbol klubu, Barselona futbol klubu, Neymar, onun anası Nadine Goncalves və "N&N" ailə şirkəti fırıldaqçılıq və korrupsiya ittihamlarının geri çəkilməsinə dair apellyasiya şikayətləri üzrə məhkəmələri uduzublar", – deyə İspaniyanın Ali Məhkəməsinin verdiyi açıqlamada qeyd edilir.

Onlar məhkəmə qərarına etiraz edə bilməzlər.

Prokurorlar Neymar-a 2 illik həbs və təqribən 8 milyon funt (9,9 milyon dollar) cərimə cəzası tələb edirlər.

Buna da bax: Neymar 2021-ci ilədək "Barselona"da

HƏBS OLUNMAYA BİLƏR, AMMA CƏRİMƏ VAR

Ancaq hətta onun günahı sübut olunsa belə, braziliyalı futbolçunun həbs ehtimalı yoxdur. İspaniyanın hüquq sisteminə əsasən, adətən, iki ildən az olan həbs cəzaları təxirə salınır.

Prokurorlar bundan başqa, "Barcelona" klubunun 7,2 milyon funt (8,9 milyon dollar), "Santos" klubununsa 5,6 milyon funt (6,9 milyon dollar) cərimələnməsini tələb edirlər.

Ötən ilin iyununda hakim sözügedən işi arxivləşdirəndə "Barca" bu məsələnin artıq bitdiyini güman edirdi. Ancaq İspaniyanın dövlət ittihamçısı sentyabrda qərarı geri qaytararaq işin davam etməsinə imkan verib.

Buna da bax:​ Neymara 220 milyon qiymət qoyula bilər

Neymarın Barselona klubundakı komanda yoldaşı Lionel Messi də ötən ilin iyulunda vergi fırıldaqçılığına görə 21 ay həbs cəzasına məhkum edilib. O, həmin qərardan apellyasiya şikayəti verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG