Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:49

Netanyahu tezliklə Putinlə görüşəcəyini deyir


Vladimir Putin və Benjamin Netanyahu
Vladimir Putin və Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyir.

Reuters və AFP-nin məlumatına görə,Netanyahu oktyabrın 7-də nazirlər kabinetinin iclasında deyib ki, razılaşma Putinlə telefon söhbəti zamanı əldə olunub.

Netanyahunun sözlərinə onlar görüşdə, təhlükəsizlik sahəsində kordinasiya məsələsini müzakirə edəcəklər.

Bu, Rusiyanın İL-20 kəşfiyyat təyyarəsinin sentyabrın 17-də Suriyada vurulmasından sonra ilk belə görüş olacaq.

Qeyd edək ki, Rusiya İl-20 təyyarəsinin Suriyanın hava hücumlarından müdafiə qüvvələri tərəfindən vurulmasına görə cavabdehliti İsrailin üzərinə atıb.

Moskva hesab edir ki, həmin vaxt bölgədə əməliyyat keçirən İsrailin F-16 qırıcı təyyarələri Rusiya təyyarəsinin arxasında gizlənərək onu bilərəkdən hədəfə çeviriblər.

İsrail ittihamı rədd edir.

Amma Netanyahu həmin vaxt insitentdən təəssüf bildirmiş və ölənlərin ailələrinə başsağlığı vermişdi.

Rusiya həmin insidentdən sonra Suriyada yeni S-300 raket kompleksləri yerləşdirib.

Buna da bax: Rusiya Suriyaya S-300 raket kompleksləri verməyə başlayıb

AzadlıqRadiosunun Rusiya xidməti isə yazır ki, Netanyahu oktyabrın 7-də zəng edərək Vladimir Putini doğum günü münasibətilə təbrik edib.

Məlumata görə Putinin ad gününü qeyd etmək üçün İtaliyanın keçmiş baş naziri Silvio Berlusconi də Moskvaga gedib.

Oktyabrın 7-də Vladimir Putinin 66 yaşı tamam olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG