Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Netanyahuya qarşı cinayət ittihamları irəli sürüldü


Benjamin Netanyahu
Benjamin Netanyahu

İsrailin baş prokuroru baş nazir Benjamin Netanyahuya bir neçə korrupsiya işləri üzrə rəsmi ittihamlar irəli sürüb.

Bu hadisənin ölkədə iki seçkidən sonra davam edən siyasi böhranı daha da dərinləşdirəcəyi gözlənilir.

Baş prokuror Avichai Mandelblit üç il davam edən təhqiqatın ardınca noyabrın 21-də Netanyahuya qarşı dələduzluq, etimada xəyanət, üç ayrı-ayrı qalmaqalda rüşvət almaq ittihamları irəli sürüb.

Netanyahu deyir ki, bu çevriliş cəhdidir

Netanyahu deyib ki, istefa etməyəcək. O özünə qarşı ittihamların çevrilişə bərabər hadisə olduğunu bəyan edib.

İsrail qanunları cinayətdə ittiham olunan rəsmilərin istefa verməsini nəzərdə tutur, lakin bu müddəa baş nazirə aid deyil.

Burası da var ki, indiyədək İsrail tarixində vəzifədə olan baş nazirə qarşı cinayət ittihamı irəli sürülməyib.

İttihamnamələrdən birində deyilir ki, Netanyahu zəngin dostlarından dəyəri yüz minlərlərlə dollar olan şampan və siqar hədiyyələri qəbul edib.

İki başqa ittihamda onun mediaya özü haqqında yaxşı yazılması üçün təsir göstərməyə çalışdığı deyilir.

Mandelblit müxbirlərə deyib ki, “böyük bir ürək ağrısı ilə” qəbul edilmiş bu qərar sırf peşəkar mülahizələrə əsaslanır.

İndi istənilən deputat baş nazir ola bilər

Baş prokurorun ittihamları İsrail siyasətinin təlatümlü çağına təsadüf edir.

Sentyabrda keçirilmiş seçki aydın nəticə ilə bitmədikdən sonra həm Netanyahu, həm də onun rəqibi Benny Gantz parlamentdə hökumət çoxluğu koalisiyası qura bilməyiblər. Belə bir hal da İsrail tarixində ilk dəfədir ki, baş verir.

İttihamlar elan edildikdən sonra Gantz bəyan edib ki, indi Netanyahunun “İsrail Dövləti adından layiqli qərarlar vermək üçün ictimai və ya mənəvi mandatı yoxdur”.

Gantz bunu da bildirib ki, bu ittihamlardan sonra Netanyahu, milli maraqlara yox, “öz şəxsi maraqlarına və siyasi fırtınadan salamat çıxmaq maraqlarına xidmət edən qərarlar qəbul edə bilər”.

İndi İsrail 21 günlük qeyri-müəyyənlik dövrünə daxil olur. Bu müddətdə parlamentdəki millət vəkillərinin 61-nin dəstəyini qazanan istənilən deputat baş nazir ola bilər.

Əgər bu da alınmasa, ölkədə üçüncü dəfə seçki çağırılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG