Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:46

Netanyahunun xanımı 11 saat sorğu-sual edildi


Benjamin Netanyahu və həyat yoldaşı Sara
Benjamin Netanyahu və həyat yoldaşı Sara

İsrailin baş naziri Benjamin Netanyahunun həyat yoldaşı dekabrın polisdə 11 saat sorğu-sual edilib.

Söhbət baş nazirin ofisinə ayrılmış büdcədən sui-istifadə, dövlət əmlakını israf etməkdən gedir.

Amma Sara Netanyahu heç bir sübut olmadığını iddia edərək heç bir suala cavab verməyib.

Sara Netanyahu istintaqa 6 aydır ki, cəlb edilib.

Yerli mətbuatın yazdığına görə, Netanyahunun ofisinin keçmiş rəhbəri Gil Sheffer də son vaxtlar bu işlə bağlı istintaqa cəlb edilib.

Amma prokurorluq istintaq barədə əlavə məlumat vermir.

İstintaq 3 ayrı-ayrı iş üzrə aparılır.

Versiyalardan birinə görə, Sara Netanyahu təşkil etdiyi ailəvi tədbirlər və bu tədbirlərə dəvət olunmuş xüsusi aşbazların haqqını baş nazirin iqamətgahına ayrılmış büdcədən ödəyib.

Başqa bir iddiaya görə isə baş nazirin həyat yoldaşı atasına çəkilən xərclləri də bu büdcədən ödəyib.

3-cü cü iddia isə onunla bağlıdır ki, Sara Netanyahu Likud partiyasının üzvü və uzun illər baş nazirə yaxın olan elektrik Avi Fahimanı istirahət günləri Caesarea-dakı şəxsi evində işlədib.

Polis həmçinin Sara Netanyahunun, baş nazirin Yerusalimdəki iqamətkahına məxsus bağ əşyaları, stol-stul dəstlərini Caesarea-dakı şəxsi evinə aparması barədə sübutlar olduğunu deyir.

Xatırladaq ki, Benyamin Netanyahu və xanımı Sara Netanyahu əvvələr də dövlət malını şəxsi mənafeləri üçün istifadə etməkdə günahlandırılıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG