Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

Netanyahu Lavrovun 'İran təklifini' rədd edib


Benjamin Netanyahu
Benjamin Netanyahu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Yerusəlimdə İsrailin baş naziri Benjamin Netanyahu ilə Suriyada olan İran qüvvələrinin məsələsini müzakirə edib.

Netanyahu bundan əvvəl bəyan etmişdi ki, belə bir görüşün keçirilməsini Rusiya prezidenti Vladimir Putin rica edib.

Rusiya nümayəndə heyətinin tərkibində silahlı qüvvələrin baş qərargah rəisi general Valery Vasilyev də vardı.

Netanyahu demişdi ki, bu görüşdə “başda və ilk növbədə” Suriyadakı vəziyyət olmaqla regional hadisələr müzakirə olunacaq.

Reuters agentliyi adı çəkilməyən İsrail rəsmisinə istinadən bildirir ki, danışıqlar zamanı Netanyahu Rusiya tərəfinin Suriyadakı İran qüvvələrinə dair təklifini rədd edib. Bu təklifə görə İran qüvvələri Suriya-İsrail sərhədindən 100 kilometrlik məsafədə saxlanmalıdır.

Netanyahu Lavrova deyib ki, “biz İran qüvvələrinin sərhədimizdən hətta 100 kilometr aralıda olmasını da qəbul edə bilmərik”.

Rusiya Xarici İşlər Nazirliyi bu görüşdən sonra yaydığı bəyanatda bildirir ki, “tərəflər danışıqlar zamanı Yaxın Şərq gündəlyinə daxil müxtəlif məsələləri müzakirə ediblər və bu məsələlərin arasında ən mühümü Suriya və onun ətrafındakı vəziyyət olub”.

İsrail Suriya prezidenti Bashar al-Assad-ı dəstəkləyən İran qüvvələrinin öz sərhədlərindən mümkün qəfər uzaqda olmasını istəyir.

Assad-ın başqa bir dəstəkçisi olan Rusiya isə bildirir ki, hazırkı şəraitdə İran qüvvələrinin Suriyadan tamamilə çıxarılması qeyri-realist görünür.

Netanyahu və Putin iki həftə bundan əvvəl Moskvada İran və Suriya məsələsini müzakirə ediblər.

Netanyahu Lavrovla görüşməzdən az əvvəl İsrail özünün raketdən müdafiə sistemini hərəkətə gətirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG