Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:44

Netanyahu Bakıya gəldi qonşular narahat oldu [video]


Netanyahu-nun Bakı səfərindən Tehran və Yerevan niyə narahatdır?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Netanyahu-nun Bakı səfərindən Tehran və Yerevan niyə narahatdır? [video]

İsrailin baş naziri Benjamin Netanyahunun Bakıya 7 saatlıq səfəri Azərbaycanın bəzi qonşularında ciddi narahatlıqlar yaradıb.

Prezident İlham Əliyev baş nazirlə təkbətək görüşü olub. Görüşdən sonra bu iki ölkə arasında ikiqat vergitutmanın ləğvi, standartlaşdırma, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşmalar imzalayıblar.

Səfərin rəsmi hissəsi

Prezident İlham Əliyev yəhudi icmasının cəmiyyətin fəal hissəsi olduğunu və ölkənin inkişafına çox böyük töhfələr verdiyini vurğulayıb.

Baş nazir Benjamin Netanyahu bildirib ki, ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirəsini səbirsizliklə gözləyir.

Buna da bax:​ Əliyev Netanyahu ilə görüşüb [yenilənib]

"AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvü, İsrail parlamentinin deputatı Arkady Pomeranets bu səfəri iki ölkə arasında əməkdaşlığın daha da güclənməsi kimi dəyərləndirir:

"Əminəm ki, Benjamin Netanyahunun da iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyin önəmini anlayır. Ümid edirəm ki, hərbi, iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlıqdan danışılacaq. Biz İsraildə yaşayan bakılılar ölkələr arasında əlaqələrin möhkəmlənməsində bənd rolunu oynayırıq".

İranın sərt bəyanatları

Baş Nazirin səfərindən öncə İranın xəbər saytları rəsmilərin sərt bəyanatlarını dərc ediblər. İran Milli Məclisi spikerinin baş müşaviri Hüseyn Əmir Əbdolhayan deyib ki, Netanyahu Bakı səfəri ilə “yeni qəsdlər” hazırlayır. İranlı tələbələrin isə Ərdəbildə etiraz aksiyası keçirdiyi bildirilir.

Buna da bax: İranda Netanyahunun Bakı səfərindən narahatlıq var

Beynəlxalq medianın yazdığına görə, rəsmi Tehran Azərbaycanı öz ərazisindən İsrailin İrana qarşı elektron kəşfiyyat aparmasına və bəzi hərbi hava bazalardan istifadə etməsinə icazə verməkdə ittiham edir. Hərçənd ki, Azərbaycan tərəfi bunu təkzib edir.

Bəs Ermənistan?

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian deyir ki, Ermənistan rəsmilərinin bəyanatı olmasa da ümumi narahatlıq var:

"İran tərəfi dərhal və sərt reaksiyalar verdi. Amma Ermənistanın da reaksiyalar olacağını gözləməliyik. Çünki özəlliklə, hərbi əməkdaşlıq Ermənistanı dərin narahat edir. İkincisi bu hadisələr daha geniş dinamika verir. Netanyahunun Bakı səfəri, Trumpın Ombama administrasiyasına əks münasibəti rəsmi Bakının əsas oyunçulardan birinə çevirir".

Buna da bax:​ Netanyahu-nun Bakı səfərindən Tehran və Yerevan niyə narahatdır?

Azərbaycanlı ekspertlər səfər barədə nə düşünür?

Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan müasir silahları, özəlliklə, İsraildən alır. Ona görə də Ermənistanın narahatlığı anlaşıla bilər. Amma İranın narahatlığına əsas görmür:

"Bizim İsraillə əməkdaşlığımız İrana qarşı yönəlməyib. İran da çox gözəl bilir ki, iki ölkə arasında hərbi, kəşfiyyat əməkdaşlığı Ermənistan təcavüzünün qarşısına almağa yardım edir. Qaldı onların siyasi doktrinası, sionist rejiminə qarşı mübarizə, bu rejimi tanımamaq, İsraili məhv etmək kimi məqsədlərini bölüşmürük. Yəni, biz həm İsrail, həm də Fələstini tanıyırıq. Hər iki ölkənin Azərbaycanda səfirliklərini tanıyırıq. Bütün beynəlxalq səsvermələrdə də Fələstinin müstəqilliyinə səs veririk".

Buna da bax:​ İsrailin 'Dəmir Günbəz' raketləri 'Iskander'ləri vurmağa qadirdirmi?

Zərdüşt Əlizadə deyir ki, İsrail-Fələstin münaqişəsi beynəlxalq hüquqla həll oluna bilər. Amma Zərdüşt Əlizadənin fikrincə, bullanıq suda balıq tutmaq istəyən ölkələr bu münaqişənin həllində maraqlı deyillər:

"Təcavüzkarı dəf etmək üçün İsrail silahını alırıq, İsrail Ermənistanla düşmən deyil, amma Azərbaycanın işğal olunmuş torpaqlarını tanıyır. Bu baxımdan bizə yaxın dövlətdir, mövqelərimiz yaxındır. Qaldı İranla İsrailin münasibətlərinə onların iz işidir bizə dəxli deyil. Deyə bilmərik ki, İran kimlə düşməndir biz də onunla düşmənik, kimlə dostdur onunla da dost olmalıyıq. İndi biz Ermənistanla düşmənik amma İranın rəsmi Yerevanla normal siyasi münasibətləri var. Biz də beynəlxalq hüquq baxımından bunu tanıyırıq".

Sizcə, Azərbaycanla İsrailin yaxın dostluğu Azərbaycana hansı faydalar verə bilər? Bakı sakinlərinin də fikrini öyrənmişik.

İsrailin yaxın dostluğu Azərbaycana hansı faydalar verə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XARIRLATMA

Bu ilin aprelində Qarabağda Azərbaycanla Ermənistan qısa müddətli hərbi toqquşmada Azərbaycan İsraildən aldığı kamikadze drondan istifadə etdi. Bundan sonra erməni tərəfi İsrailə nota verərək, bu silahın Azərbaycana satılmasına aydınlıq gətirilməsini istədi. İsrail isə Bakının mövqeyini müdafiə edən bəyanat verdi. Bundan sonra isə Yerevan hərbi paradda Rusiyadan aldığı "İskander" raketlərini nümayiş etdirdi. Azərbaycan 2017-ci ilin dövlət büdcəsində müdafiə xərclərini artırıb. Yerli müstəqil ekspertlər İsraili Azərbaycan üçün özəlliklə, hərbi müttəfiq kimi dəyərləndirir. İsraildən yeni silahlar alınacağı nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG