Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Netanyahu ‘İranın Suriyadakı rolunu’ Putinlə müzakirə edəcəyini deyir


Bu məlumat təsdiqlənərsə, bu, 2018-cii ilin iyulundan bəri Netanyahunun Putinlə üçüncü görüşü olacaq
Bu məlumat təsdiqlənərsə, bu, 2018-cii ilin iyulundan bəri Netanyahunun Putinlə üçüncü görüşü olacaq

İsrailin baş naziri Benjamin Netanyahu fevralın 5-də deyib ki, gələn həftə İranın Suriyadakı rolu məsələsini müzakirə etmək üçün Moskvada prezident Vladimir Putinlə görüşəcək.

Onun sözlərinə görə, fevralın 21-ə nəzərdə tutulmuş bu görüşdə İranın Qolan yüksəkliklərində “İsrailə qarşı yeni cəbhə açmaq” cəhdləri müzakirə olunacaq.

Moskva bu barədə xəbərə hələki şərh verməyib. Əgər bu məlumat təsdiqlənərsə, bu, 2018-cii ilin iyulundan bəri Netanyahunun Putinlə üçüncü görüşü olacaq.

Rusiya və İran Suriyada 7 ildir ki, davam edən münaqişədə prezident Bashar al-Assadın rejiminə həlledici hərbi dəstək verib.

İsrail dəfələrlə bəyan edib ki, İranın Suriyada möhkəmlənməsinə yol verməyəcək. İsrail təyyarələri “İran hədəfləri” adlandırılan hədəflərə qarşı yüzlərlə hava zərbəsi reydləri keçirib.

İranın Suriyada dəstəklədiyi qüvvələrə Livanda mənzillənmiş şiə Hizbullah təşkilatı da daxildir.

İran Milli Təhlükəsizlik Şurasının sədri Ali Shamkhani fevralın 5-də, İsrailə, əgər o Suriyadakı hədəflərin vurulmasını davam etdirərsə, “sərt və müaviq reaksiya” göstəriləcəyi barədə xəbərdarlıq edib.

Shamkhani bu bəyanatı Suriyanın xarici işlər naziri Walid al-Moualem-lə Tehranda keçirilən görüşü zamanı verib.

Fevralın 14-də Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran liderlərinin sammiti keçiriləcək.

Netanyahu ötən həftə Yersəlimdə Rusiya rəsmiləri ilə “hərbçilər arasında təhlükəsizlik koordinasiyası mexamizmini” müzakirə edib.İsrail bildirir ki, belə bir koordinasiya Suriyada xoşagəlməz insidentlərin qarşısının alınması üçün zəruridir.

İsrail və Rusiya, hərbi hava qüvvələrinin Suriya üzərində toqquşmaması üçün öz aralarında qaynar xətt qurublar.

Buna baxmayaraq ötən sentyabrında İsrailıin hava reydindən dərhal sonra Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi Latakiya qəzasının səmasında Suriya hava müdafiəsi qüvvələri tərəfindən vurulub.

Rusiya təyyarəsində olan 15 hərbi qulluqçunun hamısı həlak olub və Moskva İsraili Suriyanın havadan müdafiə radarlarını çaşdırmaq üçün Rusiya təyyarəsinin uçuşundan istifadə etməkdə ittiham edib.

Buna cavab olaraq Moskva bəyan edib ki, Suriyanın havadan müdafiəsini gücləndirmək üçün buraya S-300 raketdən müdafiə sistemləri gətirəcək.

Netanyahunun Moskvaya planlaşdırılan səfəri habelə ABŞ prezidenti Donald Trump-ın 2000 Amerika əsgərini Suriyadan çıxaracağöına dair bəyanatı ilə eyni vaxta təsadüf edir.

Tənqidçilər deyirlər ki, ABŞ əsgərlərinin qoyub getdiyi ərazidə yaranacaq boşluğu ekstremist İslam Dövləti adlı təşkilatın döyüşçüləri doldura bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG