Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Milli Qəhrəmana görə cəzalanan psixoloq: 'İstəyirlər inkubator toyuqları kimi olaq'


N.Şahmarzadə
N.Şahmarzadə

Psixoloq Nərmin Şahmarzadə Milli Qəhrəman Mübariz İbrahimov haqqında Facebook səhifəsində yazdığı fikirlərə görə ona verilən cəzayla razılaşmır. Ona görə də CM-in 148-ci (təhqir) maddəsi ilə 400 saat ictimai işlərə məhkum edilməsi haqda hökmdən apellyasiya şikayəti vermişdi. Dekabrın 17-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

N.Şahmarzadə məhkəmədə deyib ki, haqqındakı hökm əsassızdır, ölkədə söz azadlığını boğmağa xidmət edir. O, Milli Qəhrəman haqqında yazdıqlarında təhqir xarakterli ifadələr olmasına dair rəy verən ekspertlə də razılaşmır: «Linqvistik ekspertizanın rəyi bərbaddır. Dilçi olan kəs elə rəy verə bilməz».

N.Şahmarzadə iddia edir ki, bu cür hökmlər, cəzalar insanların gözünü qorxutmağa hesablanıb: «İstəyirlər ki, heç kim öz fikrini deməyə cəsarət eləməsin. İstəyirlər ki, hamımız inkubator toyuğu olaq, heç kim fərqli fikir deməsin».

Bu işdə xüsusi ittihamçı M.İbrahimovun anası Şamama İbrahimovadır. Amma o, məhkəməyə gəlmir. Onu nümayəndəsi kimi vəkil Ramil Rüstəmov təmsil edir.

Xətai rayon Məhkəməsində R.Rüstəmov psixoloqun təhqirlə yanaşı, həm də böhtana görə cəzalandırılmasını istəmişdi.

Apellyasiya Məhkəməsində isə nə xüsusi ittihamçı iştirak edib, nə də nümayəndəsi.

Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası hökmü dəyişməyib.

N.Şahmarzadə AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra Facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da qaytarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG