Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:56

BNA-nın mülkü və səlahiyyəti artdı


İctimai Nəqliyyat, Bakı, 28 sentyabr 2012
İctimai Nəqliyyat, Bakı, 28 sentyabr 2012

Prezident Ilham Əliyev iyulun 6-da “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma, parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Sənədin Bakı şəhərində avtombil sahiblərinin dayanma, durma, parklanma qaydalarına əməl etmələrinin təmin olunması, yol hərəkəti fəaliyyətinin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının tətbiqi məqsədi ilə verildiyi bildirilir.

Fərmanda Bakı Nəqliyyat Agentliyinə (BNA) Bakı şəhərində parklanma, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə faəliyyətinə dair tapşırıqlar verilir.

Sənədə əsasən Agentlik bu yerlərdə inzibati xəta törədilməsinə görə, elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməlidir. Habelə, Daxili İşlər Nazirliyi ilə birgə həmin texniki vasitələrin nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə qoşulmasını təmin etməlidir.

Qaydalar pozulduğu halda nəqliyyatın mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etməlidir.

Baundan başqa, ödənişli parklanmada daxil olan vəsaitin istifadə qaydasını Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində prezidentə təqdim etməlidir.

Agentlik yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməlidir.

Fərmanla Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli, Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Agentliyinin balansına verilməlidir.

Sənəddə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətin də Agentliyinin tabeliyinə verilməsi əksini tapır.

Fərmanla Nazrilər Kabinetinə Agentliyin təklifləri əsasında parklanma ilə bağlı tələbləri bir ay müddətinə təsdiq etmək, yeni parkalnma yerlərinin yaradılmasından ötrü torpaq sahələri ayırmaq və tikilməsindən ötrü zərurui tədbirlər görülməsi tapşırılır.

Habelə Nazirlər Kabineti fərmandan irəli gələrək Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan bəzi dövlət əmlakının Bakı Nəqliyyat Agentliyinin balansına verilməsini də təmin etməlidir.
Xatırlatma
Bakı Nəqliyyat Agentliyi 2015-ci ilin dekabrında prezidentin fərmanı ilə Nazirlər Kabinetinin yanında yaradılıb.
Onda bu Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlərdən ötrü beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə izah edilmişdi

XS
SM
MD
LG