Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 08:21

Nepal təyyarənin qara qutusunu Fransaya göndərir


Hadisə yeri
Hadisə yeri

Nepal hakimiyyəti yanvarın 17-dən bazar günü qəzaya düşmüş təyyarədə həlak olanların meyitlərini ailələrinə verməyə başlayıb. Təyyarənin qara qutusu isə təhlil üçün Fransaya göndərilir. Azı 70 nəfərin həlak olduğu hadisə son 30 ildə ölkə tarixində ən çox ölümlə nəticələnmiş qəza sayılır.

Təyyarə yeni açılmış Pokhara Beynəlxalq Aeroportunda enən zaman qəza edərək dərəyə düşüb. Bu aeroport Himalay dağlarının ətəyində yerləşir. Təyyarədə 72 nəfər olub, iki nəfərin meyiti tapılmasa da, onların da öldüyü güman edilir.

Bazar ertəsi təyyarənin qara qutusu tapılıb.

Fransa istehsalçısı

Nepal Mülki Aviasiya İdarəsinin sözçüsü Caqannat Niraula deyib ki, kabinənin səsyazma qurğusu ölkədə təhlil olunacaq, qara qutu isə Fransaya göndəriləcək.

Təyyarənin istehsalçısı ATR şirkəti Tuluzada yerləşir. Fransanın hava qəzaları müstəntiqləri təhqiqatda iştirak etdiklərini təsdiqləyiblər.

Nepalın “Yeti Airlines” şirkətinə məxsus qoşamühərrikli ATR 72-500 təyyarəsi ölkə paytaxtı Katmandudan 200 km qərbdə yerləşən Pokhara kurort şəhərinə 27 dəqiqəlik uçuş edirmiş.

Qəzanın səbəbi aydın deyil. Hadisə aeroporta bir dəqiqədən az qalmış, yüngül külək və aydın səma şəraitində baş verib.

XS
SM
MD
LG