Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Vaşinqton və London Moskvanı Nemtsovun qətlinin sifarişçilərini cəzalandırmağa çağırıb


ABŞ və Britaniya rəsmiləri iyunun 30-da Rusiya hakimiyyətini Kremlin tənqidçisi Boris Nemtsovun qətlinin təşkilatçılığında iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çağırıblar.

İyunun 29-da Moskva məhkəməsi beş çeçeni 2015-ci ildə Nemtsovu qətlə yetirməkdə təqsirli bilib.

Lakin müxalifət siyasətçisinin qohumları hakimiyyət orqanlarını qətlin təşkilatçılarını müəyyən etməməkdə ittiham edirlər.

ABŞ Dövlət Departamentinin bəyanatında qətllə bağlı ittihamların təqdir olunduğu bildirilir, lakin eyni zamanda bu da vurğulanır ki, Rusiya hökuməti Nemtsovun qətlində sifarişçi və təşkilatçı olanların da məsuliyyətə cəlb olunması üçün əlindən gələni etməlidir.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü isə bəyan edib ki, Birləşmiş Krallıq Boris Nemtsovun tam təhqiqat tələb edən qohumlarını dəstəkləyir.

Londonun bəyanatında qeyd olunur ki, bu qətl üçün məsuliyyətin izi artıq elan edilmiş ittihamlardan daha uzağa gedib çıxır.

Keçmiş baş nazir müavini Nemtsov Putinin və Kremlin vəzifəyə gətirdiyi Çeçenistan lideri Ramzan Kadırovun tənqidçisi idi.

O 2015-ci ilin 27 fevralında Kreml yaxınlığındakı körpünün üstü ilə gedərkən arxadan güllələnmişdi.

Nemtsov ailəsini təmsil edən vəkil Vadim Proxorov deyib ki, qətlin təşkilatçılarından heç kəs məsuliyyətə cəlb edilməyib.

Vəkil bu cinayət işinin aparılmasını “tam bir fiasko” adlandırıb.

O bildirib ki, ötən iki ildə hakimiyyət qətlin sifarişçilərini tapmağa heç bir niyyət nümayiş etdirməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG