Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Nemət Pənahlı saxlanıb, buraxılıb.


Nemət Pənahlı
Nemət Pənahlı

-

Milli Dövlətçilik Partiyasının həbsdən yeni çıxmış sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevi polisin saxladığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna danışan N.Pənahlı qeyd edib ki, AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirən bir qrup şəxsə söyüş söydükləri üçün irad bildirdiyindən saxlanıb.

«Mən də həmin binada yaşayıram. Ora toplaşanlar söyüş söyür, binada yaşayan insanların rahatlığını pozurlar. Xəstə var, yaşlı var. Rahatlığımız pozulur. Ancaq ətrafda olan polislər müdaxilə etmirlər. Aksiya iştirakçılarına irad bildirdikdə polislər məni saxladılar», - deyən N.Pənahlının yanına gələn bacısı oğlu da saxlanaraq polis bölməsinə aparılıb.

N.Pənahlı izahatlarının alındığını, ardınca sərbəst buraxılacaqlarını deyib.

Mövzu ilə əlaqədar oxu:

Əli Kərimlidən ona yönələn etirazlara cavab

XS
SM
MD
LG