Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:06

İqtisadçı: 'Kağız üstə inflyasiyanı 6-8 faiz yazmaqla...'


Nemət Əliyev
Nemət Əliyev

«Mərkəzi Bankın (MB) 2017-ci ilin sonunda yaydığı bəyanatda 2018-ci ildə inflyasiyanın təkrəqəmli həddə endiriləcəyi ilə bağlı qeydləri reallığa əsaslanmır».

Bunu AzadlıqRadiosuna iqtisadçı-ekspert Nemət Əliyev bildirib. Onun fikrincə, bu, eyni zamanda, hökumətin mövqeyi kimi başa düşülür:

«MB 2017-ci ildə inflyasiyanı rəsmi olaraq elan edilən 13.4 faiz həddində saxlamaq üçün monetar (pul-kredit) təsirlərdən kifayət qədər istifadə edib. Amma, hamı bilir ki, bu, real inflyasiya səviyyəsi deyil və əslində inflyasiya 30 faiz civarındadır».

***Buna da bax-'Bu ildən əhaliyə dövlətin sosial dəstəyi mərhələli şəkildə azalacaq'

N.Əliyev vurğulayır ki, MB 2018-ci ildə elə 2017-ci ildə apardığı siyasəti davam etdirəcək. Amma bu siyasətin elan edildiyi nəticəni doğuracağı şübhəli görünür:

«Mərkəzi Bankın həmin siyasəti nədən ibarətdir və 2017-ci ildə bu siyasətin nəticələri nə olub: dövriyyədə pul kütləsi azalıb, kreditləşmədə 4 milyard manat azalma qeydə alınıb, sənayedə inkişaf yoxdur. Tənəzzül bütün sahələri əhatə edir, əhalinin sosial vəziyyəti ağırlaşıb. Həmin köhnə siyasət yeni ildə davam etdiyi halda yeni nəticələr göstərməyəcək. Yenə də köhnə nəticələri təkrarlayacaq».

«İdxal məhsullarını da manata çevirəndə bahalıq yaranır»

N.Əliyev deyir ki, dövriyyədə pul kütləsi qıtlığı yaşanması iqtisadi fəallığı azaldır. İqtisadi fəallığın azalması istehsalı kiçildir, istehsalın azalması ölkə bazarlarına və ya ixraca daha az məhsul çıxarılması ilə müşayiət edilir:

«Məsələ bununla bitmir. İdxal məhsulları artır. Bu idxal məhsullarını da manata çevirəndə bahalıq yaranır, eləcə də tələbat artdıqca, qiymət bahalaşır. Belə halda inflyasiyanı necə aşağı salacaqlar və ya məhsul bahalaşmasının qarşısını necə alacaqlar?».

***Buna da bax - Prezident: 'Azərbaycan islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxdı'

Ekspert vurğulayır ki, təhlillər nikbin olmağa əsas vermir:

«Burada başqa bir üsul da var. Əgər elə kağız üstə inflyasiyanın 6-8 faiz olmasını yazmaqla iş bitəcəksə, bu, başqa məsələ. Gerçəklikdə isə bunu təkrəqəmli həddə endirmək indiki şərtlər daxilində mümkünsüzdür».

Xatırlatma

2017-ci il dekabrın sonlarında MB 2018-ci il və ortamüddətli dövr üzrə pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Həmin bəyanatda inflyasiyanın 6-8 faiz civarında olacağı, ümumu daxili məhsulun bu ildən fərqli olaraq artacağı proqnozlaşdırılır. 2017-ci ildə inflyasiyanın rəsmi olaraq 13.4 faiz olduğu açıqlanıb. Ümumi daxili məhsulun isə 1 faizə yaxın azaldığı bildirilir.

Amma prezident İlham Əliyev Yeni il təbrikində bildirib ki, 2017-ci il Azərbaycana uğurlu olub.

«2017-ci il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artıb», - deyə prezident vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG