Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 17:36

"SSRİ-nin dağılması da belə başlamışdı"(media icmalı)


Euriasianet.org dərgisi yazır ki, neft və qazla zəngin Azərbaycan indi də geniş miqyaslı alternativ enerji layihələri hədəfləyib.

Belə ki, rəsmi Bakı külək və günəş enerjisinin istehsalı ilə bağlı ümumi dəyəri 400 milyon dollar olan iki layihə imzalayıb.

Bunlardan biri Səudiyyə Ərəbistanın ACWA şirkəti ilə imzalanıb.

Beləliklə, Xızıda və Abşeronda 240 meqavatlıq külək enejisi stansiyası tikiləcək.

İkinci müqavilə Abi-Dabidə yerləşən Masdar şirkəti ilə imzalanacaq- Ələt yaxınlığında 200 meqavatlıq günəş stansiyası quraşdırılacaq.

4-cü böyük günəş enerjisi stansiyası

Eurasianet yazır ki, Azərbaycanın günəş enerjisi zavodu Avropada və keçmiş SSRİ-də 4-cü olacaq.

Ümumulikdə bu iki layihə saatda 1.4 teravat enerji istehsal edəcək bu da Azərbaycanın hazırkı enerji istehsalının 5 faizi deməkdir.

Azərbaycan bu alternativ enerji ilə 2030-cu ilə qədər ölkənin enerji istehsalının 30 faizini ödəyə biləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının köməyi ilə Azərbaycan yenilənən enerji auksionu çərçivəsində özəl investorların da alternativ enerjidən istifadəsini dəstəkləyəcək.

"SSRİ-nin dağılması da belə başlamışdı"

'Interfax' agentliyi yazır ki Rusiya hökuməti daxili bazarda xarici valyuta alışını dayandırıb. Buna səbəb neftin qiymətinin düşməsindən dolayı ölkənin maliyə sistemində yaranmış yeni vəziyyətdir.

AzadlıqRadiosunun rus xidməti yeni neft böhranı ilə bağlı Rusiyada fəal sosial şəbəkə istifadəçilərinin fikirlərini dərc edib.

İstifadəçilərin bəziləri bunu Rusiya və Səudiyyə Ərəbistanı arasında "neft müharibəsi" adlandırır.

Kiril Şulika yazır ki, SSRİ-nin dağılması da belə başlamışdı.

Maksim Miroviç yazır ki, neftin bir barreli SSRİ dağılanda da 30 dollara düşmüşdü.

İvan Şeynin yazır ki, SSRİ əhvalatının eynilə təkrarlanmasını gözləmirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG