Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Kreml:"S.Ərəbistanı ilə münasibətimiz yaxşıdır"


Peskov
Peskov

Rəsmi Kreml bildirib ki, Səudiyyə Ərəbistanı ilə arasında heç bir qiymət müharibəsi yoxdur, iki ölkənin münasibətləri yaxşıdır.

ABŞ prezidenti Donald Trump demişdi ki, lazım olan vaxtda Rusiya S.Ərəbistan qiymət müharibəsinə müdaxilə edəcək. O əlavə etmişdi ki, bütün hallarda benzinin qiymətinin aşağı olması ABŞ istehlakçılarına sərf edir.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, bütün hallarda kiminsə müdaxiləsinə ehtiyac yoxdur.

O deyib ki, neftin qiymətinin aşağı olması xoşagəlməz mühit yaradır, amma vəziyyət faciəvi deyil və Rusiyanın kifayət qədər dövlət ehtiyatı var.

Dünya bazarlarında neft ucuzlaşandan sonra rublun da məzənnəsi dollara nəzərən düşüb.

Neftin qiyməti həm koronavirusa görə, həm də S. Ərəbistanı və Rusiya arasında qiymət razılaşmasının pozulmasına görə düşüb.

XS
SM
MD
LG