Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Deputat: 'Neftin qiymti ilə bağlı risk qalmaqdadır' 


Bakı, 19 iyun 2015
Bakı, 19 iyun 2015

“Bir çoxlarının nikbin danışmalarına baxmayaraq neftin qiymətilə bağlı risk qalmaqdadır.”

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa vurğulayıb ki, neftin 50 dollara qədər enməsi riski aradan qalxmayıb.

Deputat xatırladıb ki, Azərbaycan və Qazaxıstan gələn ilin büdcəsində neftin bir barelinin qiymətini 60, Rusiya isə 63 dollardan hesablayıb: “Odur ki, mürəkkəb bir durum var, qiymət nəzərdə tutulan həddən aşağı enərsə bunun iqtisadiyyata təsiri olacaq”.

Bununla belə F.Mustafa xatırladıb ki, bir sıra ekspertlər bu yaxınlarda OPEK üzvü olan və olmayan bəzi ölkələrin nefin gündəlik hasilatının azaldılması ilə bağlı verdiyi qərarının qiymətlərə müsbət təsir göstərəcəyinə ümid edir.

Xatırlatma

Son aylar dünya neft bazarında qiymətlərin təqribən 20 faiz ucuzlaşdırıldığı bildirilirdi.Hətta bu yaxınlarda “ Brent” markalı neft 60 dollardan belə aşağı düşmüşdü. Dekabrın 7-də OPEC + formatında Vyana şəhərində neft ölkələrinin toplantısı keçirildi. Həmin toplantıda neft ölkələri gündəlik hasilatın 1, 2 milyon ton azaldlması barədə razılığa gəldilər. Azərbaycan da bu çərçivədə gündəlik hasilatın 20 min baerl azaldılması öhdəliyi gptürüb.

Hazırda “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 62 dollara satılır.

Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

XS
SM
MD
LG