Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Neftin ucuzlaşmasının Azərbaycana təsiri barədə niyə heç nə demək olmur?


Neftin dünya birjalarında satış qiymətinin düşməsi son günlər bir qədər də artıb. Hazırda Brent neftinin qiymətinin 50 dollar civarında olduğu bildirilir.

Azərbaycanda 2020-ci ilin dövlət büdcəsində neftin bir bareli isə 55 dollara götürülüb.

Bəs “qara qızıl”ın qiymətlərində düşüş davam edərmi və bunun Azərbaycana nəkimi təsirləri ola bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq Radiosuna deyib ki, Azərbaycan neftinin 2019-cu ildə orta ixrac qiyməti, hələ açıqlanmayıb:

“2019-cu ilin yekunarı ilə bağlı iclasda prezident İlham Əliyev maliyyə nazirindən neftin neçəyə satılıdığnı soruşduqda maliyyə naziri ilin yekun göstəricilərinin hələ tam məlum olmadığını deyərək qiyməti açıqlamaqda çətinlik çəkdi”.

İlham Şaban
İlham Şaban

Ekspert xatırladıb ki, neft ölkələri “qara qızıl”ın satış qiymətlərini gündəlik olaraq qeyd edirlər:

“Dövlət Neft Şirkətinin açıqladığı rəqəmlər neftin real olaraq həmin qiymətə satılması demək deyil. Bu şirkətin özünün satdığı neftin qiymətidir...”

İlham Şaban deyib ki, Dövlət Neft Fondu da 2019-cu il üçün yekun göstəricilərini açıqlayıb, amma neftin orta satış qiymətinə toxunmayıb:

“Buna görə də bilmirik ki, neftin orta satış qiyməti 54 ya 55 dollar olub. Bunu bilimirik və ona görə də deyə bilmirik ki, buna görə təşviş keçirək, yoxsa deyək ki, təşvişə əsas yoxdur”.

“Təkrar devalvasiyaya...”

Bununla belə ekspert Azərbaycanda təkrar devalvasiya olacağına inanmır:

“Bir tərəfdən hökumət deyir ki, qeyri-neft sektorunda artım var. Üstəlik, dövlətin maliyyə ehtiyatı kifayət qədərdir. Bankların kifayət qədər mənfəətlə işlədikləri vurğulanır. Daha bir cəhət xaricə kapital axını yoxdur. Odur ki, devalvasiya ola biləcəyini təxmin etmirəm”

Ekspertin bu fikirlərinə, hələlik, Maliyyə Naziirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

2014-ci ildə neftin qiymətləri kəskin aşağı düşdükdən bir qədər sonra (2015-ci il fevral və dekabr aylarında) Azərbaycanda iki devalvasiya baş vermişdi.

Nəticədə manat və dollar qarşısında iki dəfə dəyər itirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG