Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Neft qiymətləri kəskin düşüb


Aprelin 27-də neft qiymətləri yenidən kəskin düşüb.

CNBC yazır ki, bu, ilk növbədə neft anbarlarının nəhayət tamamilə dolacağından və koronavirus pandemiyasının qeyri-müəyyən inkişafından narahatlıqla bağlıdır.

Aprelin 27-də Texas neftinin iyun ayı üçün füçers qiyməti 24.56 faiz və ya 4.16 dollar düşərək bir barrel üçün 12.78 dollar olub.

ABŞ neftinin iyul ayı üçün çatdırma qiyməti 14 faiz azalaraq bir barrel üçün 18.18 dollar civarında qərarlaşıb.

Avqust ayı üçün qiymət azalması 9 faiz olub. Həmin ay üçün neftin qiyməti bir barrelə 21.50 dollar olaraq hesablanıb.

Bu isə o deməkdir ki, birjalar gələn bir neçə ayda neft qiymətlərinin bir elə dirçələcəyindən əmin deyil.

Rystad Energy analitik mərkəzindən Bjornar Tonhaugen deyib ki, bazar anbar probleminin qaldığını unutmur:

“Tədbirlər indi görülməlidir, çünki problem artıq nəzəri və uzaqda deyil. Hasilatçılar üçün anbar saatları anbaan daralır və əgər heç bir tədbir görülməzsə, biz son nöqtəyə yanaşacağıq”.

Reuters yazır ki, Brent markasından olan neftin qiyməti də 20 dollardan aşağı düşüb.

Ekspertlər bildirirlər ki, dünya boyunca hökumətlər karantin məhdudiyyətlərini aradan qaldırmağa çalışırlar, lakin neftə tələbat son dərəcə aşağı olaraq qalır.

Hazırda neftə qlobal tələbat 30 faiz azalıb. Bütün dünyada ötən həftəyə olan məlumata görə anbarların 85 faizi dolub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG