Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Səudiyyə bəyanat verir, neftin qiyməti düşür


Səudiyyə Ərəbistanının Aramco şirkəti martın 11-də bildirib ki, neft hasilatını günə 12 milyon barreldən 13 milyon barrelə çatdıracaq.

Bu arada Abu Dhabi National co. şirkəti də gündəlik hasilatı aprel ayından 4 milyon barrelə yüksəldəcəyini elan edib.

Business Insider saytı yazır ki, neft hasilatının bu şəkildə artırılması OPEC və onun müttəfiqləri arasında qlobal qiymət müharibəsini daha da şiddətləndirib.

Brent markasından olan neftin qiyməti 3.6% azalaraq bir barrel üçün 36 dollara, ABŞ neftinin qiyməti isə 3, 7 faiz enərək bir barrel üçün 33 dollara düşüb.

Ekspertlər bildirirlər ki, martın 11-də neft qiymətlərinin sürətli düşməsi Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin hasilatı artıracaqlarına dair bəyanatları ilə birbaşa bağlıdır.

Saudi Aramco şirkəti deyib ki, aprel ayında günə 12, 3 milyon barrel neft hasil edəcək.

Neft qiymətləri bir gün əvvəl kəskin enişdən sonra 11 faiz qalxmışdı.

Qiymət müharibəsi qızışır

Ekspertlər deyirlər ki, bu artımla Səudiyyə və Rusiya arasında qiymət müharibəsi yeni mərhələyə qədəm qoyub.

Bu arada İraq və Nigeriya da hasilatı artıracaqlarını bildiriblər.

Neft təhlilçisi Han Tan Markets Insider saytına deyib ki, Səudiyyə və Rusiya arasında davam edən qiymət qarşıdurması özlüyündə neftin qiymətini salan faktora çevrilib.

Lakin Riyadla Moskva arasında davam edən bu çəkişmə nəticəsində ABŞ-ın sist nefti sənayesi üzərinə təzyiq artmaqda davam edir.

Dünya Səhiyyə Təşkilatının koronavirusla bağlı pandemiya elan etməsi də neftə tələbatın azala biləcəyinə dəlalət edir.

Martın 10-da prezident Donald Trump-ın koronavirusla bağlı Ağ Evdə keçirilən brifinqə gəlməməsi qlobal bazarda investorların inamını zəiflədib.

Neft analitikləri bidlirirlər ki, belə davam edərsə, 2014-2016-cı illərdə onlarca neft və qaz şirkətini müflis etmiş qiymət iflası təkrar oluna bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG