Sentyabrın 2-də Birləşmiş Ştatlar və Çinin qarşılıqlı olaraq qoyduqları yeni rüsumların qüvvəyə minməsi ilə nefrin qiyməti yenidən düşüb.
Brent markasından olan neftin bir barrelinin qiyməti 64 sent düşərək 58, 61 dollar olub.
ABŞ neftinin qiyməti isə hər barrel üçün 33 sent azalaraq 54, 77 dollara düşüb.
CNBS yazır ki, Birləşmiş Ştatlar ayaqqabılar, smart saatlar və yastı panelli televizorlar da daxil Çin məhsulları üzərinə 15 faizlik rüsumu sentyabrın 1-də elan edib.
Bu, dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət müharibəsinin yeni mərhələsi olub.
Buna baxmayaraq ABŞ prezidenti Donald Trump deyib ki, iki ölkə danışıqlar keçirmək üçün bu ay görüşəcək.
Trump yazdığı tvitdə bildirir ki, onun məqsədi ABŞ-ın Çindən asılılığını azaltmaqdır.
O ABŞ şirkətlərini bir daha Çinə alternativ təchizatçılar tapmağa çağırıb.
Pekin ABŞ neftinin idxalına 5 faizlik rüsum qoyub. Beləliklə iki ölkə arasındakı ticarət qarşıdurmasında ilk dəfə olaraq yanacaq sektoru hədəflənib.
Neftin qiymətinin düşməsinin digər səbəbi isə avqust ayı ərzində OPEC ölkələrinin hasilatının yüksəlməsi olub.
İraq və Nigeriyada hasilatın artması Səudiyyə Ərəbistanının hasilata qoyduğu məhdudiyyəti pozub.
Bu arada Birləşmiş Ştatlarda Dorian qasırğasıının sentaybrın 4-də Floridanın şərq sahillərini vuracağı, daha sonra üzü şimala Corciya ştatına keçəcəyi gözlənilir.
Buna baxmayaraq ABŞ Milli Qasırğa Mərkəzinin proqznozuna görə artıq Baham adalarını vurmuş Qasırğa Birləşmiş Ştatların torpaq ərazisindən əsasən yan keçəcək. Qasırğa küləklərinin sürəti hazırda saatda 241 kilometrə çatıb.
Bu da bildirlir ki, bu qasırğanın nəticələrinin yanacağa olan tələbatı azaldacağı gözlənilmir.
Eyni vaxtda artıq 9-cu aydır ki, ABŞ enerji şirkətləri qazma işlərini azaldıb.