Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Neftin qiyməti 10 dollara düşə bilər?


Oilprice saytı yazır ki, qlobal bazara izafi neftin gəlməkdə davam etməsi dünya boyunca bütün anbarların və tankerlərin dolması və neft qiymətlərinin daha da enməsinə səbəb ola bilər.

Qlobal neft anbarının qarşıdan gələn həftələrdə tamamilə dolacağı gözlənilir.

Koronavirus pandemiyasının neftə tələbartı son dərəcə azaltması və neftlə zəngin Səudiyyə Ərəbistanının hasilatı günə 12.3 milyon barrelə çatdırmaq əzmi neft qiymətlərinə fəlakətli zərbə vurur.

Bu zərbənin təsiri nəinki apreldə, hətta qarşıdan gələn bir neçə ayda hiss olunmaqda davam edəcək.

Reuters agentliyi təhlilçilərə istinadən yazır ki, hadisələrin bu sayaq inkişafı onsuz da təlatümlü neft sənayesini böhranlı vəziyyətə sala, neft hasilatının dayandırılmasına gətirib çıxara bilər.

Bu qədər nefti harda saxlayacaqlar?

Bu da qeyd olunur ki, Səudiyyə hələ neft hasilatını artırmağa macal tapmamış, artıq indidən qurudakı və dənizdəki anbarlar tam dolma vəziyyətinə yaxınlaşır.

Əgər bu ssenari gerçəkləşərsə, bəzi təjhlilçilərin fikrincə neftin qiyməti bir barrel üçün 10 dollara düşə bilər.

Səudiyyə Ərəbistanı martın 18-də bildirib ki, hasilatı günə 12.3 milyon barrel həcmində hələ bir neçə ay saxlayacaq. Bu ölkənin dünya bazarına ixracı isə günə 10 milyon barrel həddinə çatacaq.

Bu arada neft ticarətçiləri öz tanker və anbarlarını güzəştli qiymətlərlə təklif edirlər.

Bununla belə bir sıra ekspertlər ABŞ-da müştərilərin olmadığına baxmayaraq hasilatı artırılan Səudiyyə neftinin harada saxlanacağını sual edirlər.

Bu xəbərin yazıldığı vaxt Brent markasından olan neftin bir barreli 28, Texas neftininsə bir barreli 22.78 dollara satılırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG