Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:15

Neft sektorunda çalışanlar 6 dəfə çox maaş alırlar


Neftçi
Neftçi

İlk yarımildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 6.8 faiz artaraq, 488.1 manat olub. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatında neft sektoru ilə neftdənkənar sektorun arasındakı fərq diqqət çəkir. DSK-nın məlumatına görə, neft sektorunda 2 min 733.7 manat, qeyri-neft sektorunda isə 434.8 manat əməkhaqqıolub. Beləcə, neft sektorunda çalışanların digər sahələrdəkindən 6 dəfə çox maaş aldığı üzə çıxır. Dövlət müəssisələrində çalışanların orta maaşı – 367.8 manat, özəl müəssisələrdə işləyənlərinki isə 660.4 manat olub.

«BELƏ ÇIXIR Kİ, ƏCNƏBİLƏRİN MAAŞLARI STATİSTİK HESABATA DÜŞÜB»

Neftçilərin Hüquqları Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, neft sektorunda orta aylıq əməkhaqqının yüksək olması o demək deyil ki, bu sahədə hamı yüksək maaş alır: «Belə çıxır ki, əcnəbilərin də maaşları statistik hesabata düşüb. Axı onlar, azlıqda olsalar da, yerli işçilərdən 10-15 dəfə artıq əməkhaqqı alırlar».

«AZLIĞIN ALDIĞI YÜKSƏK MAAŞLA FƏXR ETMƏK DÜZ DEYİL»

M.Qəhrəmanlı onu da deyir ki, Dövlət Neft Şirkətində (SOCAR-da) dənizdə çalışan işçilərlə quruda çalışanların maaşları arasında da kəskin fərq var: «Belə statistik rəqəmlə öyünmək düzgün deyil. Elə quruda çalışan neftçilərin də maaşı qeyri-neft sektorunda çalışanların maaşından bir qədər yuxarıdır. Belə statistik göstəricilər aldadıcıdır. Azlığın aldığı yüksək maaşla fəxr etmək düz deyil».

Etiraz edən neftçi: «Bir gün hökumətdə, bir gün isə qul bazarında işləyirəm»​

XS
SM
MD
LG