Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 00:43

Neft bahalaşır, əhalinin dolanışığı yaxşılaşırmı?


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır? (2022)

Neft bahalaşmaqda davam edir. Artıq bu ildə ilk dəfə onun bir bareli 100 dollara yaxınlaşıb. Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta qiyməti 99 dollara bərabər olmuşdu.

Amma bu il Azərbaycanda ümumi daxil məhsulda (ÜDM) artım cəmi 0.8 faizdir. Halbuki Azərbaycanın neftsiz bir çox qonşu ölkələrində ÜDM-in artımı daha böyükdür. Azərbaycandan ixracın təqribən 90 faizi neft və qazın payına düşür. Neft bahalaşsa da, onun hasilat göstəriciləri aşağı düşür.

Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi neft gəlirlərindən formalaşır. 2023-cü ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliklərə əsasən, büdcə gəlirlərinin 52.5 faizi və ya 17 milyard 739.7 milyon manatı neft sektorunun hesabına təmin olunur.

Bu ilin büdcəsini isə rəsmilər sosialyönümlü kimi təqdim ediblər. 2023-cü ildə sosial xərclər ümumi büdcə xərclərinin 45.7 faizi həddindədir. Bu sənəddə neftin bir bareli 60 dollar götürülüb.

Bəs neftin bahalaşmasının əhalinin gəlirlərinə müsbət təsiri olacaqmı?

V.Bayramov
V.Bayramov

"Gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün..."

İqtisadçı deputat Vüqar Bayramov "Turan"a bildirib ki, əməkhaqqı və pensiyaların artırılması sosial siyasətin əsas prioritetlərindəndir: "Gələn ilin yanvar ayında bütün növ əmək pensiyaları indeksasiya edilərək artırılacaq. Digər sosial istiqamətlərdə artımlar da əsas hədəflər sırasındadır. Bu baxımdan, fiskal gəlirlərimizin artması sosial təminatın güclənməsi üçün də yeni imkanlar yaradır".

Onun fikrincə, bu ilin 7 ayındakı tendensiya saxlanacağı halda, gələn ilin yanvarında pensiyalar təxminən 11 faiz indeksasiya olunacaq: "Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir".

"ÜDM-yə mənfi təsir göstərir"

İqtisadçı Natiq Cəfərli xatırladır ki, Azərbaycanda neft hasilatı kəskin azalır. "Neft hasilatının son bir ildə təxminən 100 min barel azalması və bu prosesin davam etməsi ÜDM-in göstəricilərinə mənfi təsir göstərir. Azərbaycan iqtisadiyyatında bu sahənin ağırlığı o qədər yüksəkdir ki, pozitiv dinamika müşahidə edilsə də, bu, ümumi göstəricilərə ciddi təsir göstərə bilməyəcək", - o, AzadlıqRadiosuna bildirib.

İqtisadçının sözlərinə görə də, neft qiymətlərinin artması ölkə gəlirlərinə müsbət təsir göstərir: "Neft nə qədər bahadırsa, ölkəyə daxil olan valyuta o qədər də çox olur və ticarət dövriyyəsində müsbət saldo hələ ki, davam edir".

N.Cəfərli
N.Cəfərli

Bunun əhaliyə təsirlərə gəldikdə isə, N.Cəfərli qeyd edib ki, ötən illərin təcrübəsinə baxanda ciddi və nəzərəçarpacaq səviyyədə sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində layihələr gözə dəymir: "Biz maksimum 10-15 faizlik maaş və təqaüdlərin artımını görürük. Onu da inflyasiya yeyib bitirir, çünki Azərbaycanda inflyasiya da ikirəqəmlidir, insanların real gəlirləri artmır".

XS
SM
MD
LG