Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:29

Neft bu həftəni ucuzlaşma ilə başa vurdu


Venesuela dövlət neft şirkətinin çənlərindən biri
Venesuela dövlət neft şirkətinin çənlərindən biri

Hər iki markadan olan neftin qiyməti bu həftə ərazində az qala 5 faiz düşüb. Buna əsas səbəb qlobal iqtisadiyyatın yavaşıyacağından olan narahatlıqlaırn davam etməsidir.

Hələ bunu da qeyd etmək lazımdır ki, qiymət düşümü OPEC-in başçılığı altında hasilat ixtisarının davam etdiyi və ABŞ-ın Venesuela neftinə sanksiyalar qoyduğu bir vaxtda baş verib.

Fevralın 8-də Qərbi Texas neftinin proqnoz qiymətləri 8 sent qalxaraq bir barrel üçün 52, 72 dollara çatsa da, hazırda satışda olan xam neftin qiyməti bu həftə 4.6 faiz enib.

Brent markasından olan neftin proqnoz qiyməti 51 sent artaraq bir barreı üçün 62, 14 dollara çatıb.

Lakin bu həftə ərzində Brent neftinin də qiyməti 1 faiz düşüb.

Neft qiymətlərini aşağıya doğru dartan amillərdən biri də Birləşmiş Ştatlarla Çin arasında ticarət mübahisəsinin həll olunmadan qalmasıdır.

ABŞ prezidenti Donald Trump fevralın 7-də bəyan edib ki, Çin prezidenti ilə, iki ölkə arasında ticarət müqaviləsinin imzalanması üçün qoyulmuş son möhlət martın 1-də başa çatmadan görüşməyəcək.

Neftin qiymətlərinə təsir edən digər faktor Avropa Komissiyasının avrozonada iqtisadi artım üçün verilən proqnozları azaltmasıdır.

Nefti ucuzlaşdıran daha bir ənənəvi faktor isə bu həftə dolların möhkəmlənməsi olub.

OPEC və onun müttəfiqlərinin hasilatın ixtisarına dair razılaşmaya əməl etməsi neft qiymətlərinin nisbətən sabitləşməsinə dəstək verir.

OPEC-in özəyini təşkil edən Səudiyyə Ərəbistanı gündəlik hasilatını 400 min barrel azaldaraq 10, 24 milyon barrelə endirib.

Neft qiymətlərinin qalxacağına müəyyən ümidləri ABŞ sanksiyalarının tətbiqi ilə bağlı Venesuelanın ixrac etdiyi neftin həcmlərinin azalması perspektividir.

Analitiklərin fikrincə bu, günə 300-500 min barrel neftin bazara çıxmamasına səbəb olacaq.

Lakin indiyədək ABŞ sanksiyalarının qlobal neft bazarına təsiri minimal olub.

Təhlilçilər deyirlər ki, neft qiymətlərinin düşməsi perspektivi qüvvədə qalır. Çünki Venesuelaya qarşı sanksiyaların nəticələri şişirdilib və üstəlik də OPEC və müttəfiqlərinin hasilat ixtisarı razılaşmasınınmüddətini uzadacaqlarına təminat yoxdur.

Onlar qeyd edirlər ki, neft qiymətlərinin qalxmasını istəyənlər indi ümidlərini Trump-ın İrana münasibətdə hansı addımı atacağına bağlamalıdırlar.

Trump-ın İran neftinin bəzi ölkələr tərəfindən idxalı üçün verilmiş icazə müddətini uzatmadığı təqdirdə, qlobal bazarlar həqiqətən də təsirlənə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG