Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:55

Neftin qiyməti 100 dollardan aşağı düşdü


Neftin qiymətində belə kəskin enişi ekspertlər resessiya ehtimalı və yanacağa tələbatın azalacağı ilə bağlı narahatlıqların artması ilə izah edirlər

Dünya bazarında neftin qiyməti aprel ayının sonundan bəri ilk dəfə olaraq 100 dollardan az olub.

Neftin qiymətində belə kəskin enişi ekspertlər resessiya ehtimalı və yanacağa tələbatın azalacağı ilə bağlı narahatlıqların artması ilə izah edirlər.

İyulun 6-da Brent markasından olan neftin qiyməti 3 faiz düşərək 1 barrel üçün 99.61 dollar olub.

ABŞ neftinin qiyməti isə bir barrel üçün 98.53 dollara düşüb.

The New York Times yazır ki, ekspertlərin fikrincə ABŞ-da iqtisadiyyatın azalacağına dair ehtimallar doğrularsa, neftin qiyməti daha da düşə bilər.

Qəzetin yazdığına görə qarşıdan gələn aylarda neftin qiymətlərini iki faktor diqtə edəcək.

Bunlar gözlənilən resessiyanın ciddiliyi və Çində enerji daşıyıcılarına tələbatın azalmasıdır.

Çində pandemiya ilə mübarizə üçün həyata keçirilən tədbirlərə görə iqtisadi fəallıq azalıb.

Rusiya neftinə qiymət həddi

Bloomberg agentliyi yazır ki, Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyadan idxal olunan neftə 40-60 dollar arası qiymət həddi qoyulması tədbirinin müzakirəsini davam etdirirlər.

Bu tədbirdən məqsəd Rusiyanın neft gəlirlərinin azaldılması, eyni zaman Rusiya neftinin bazara çıxışının saxlanmasıdır.

Bu da qeyd olunur ki, bir sıra Qərb ölkələrinin Rusiya neftindən tamamilə imtina etməsi Rusiya neftinin Hindistan və Çinə ixracının kəskin artımına səbəb olub.

Rusiya bu ölkələrə nefti son dərəcə güzəştli qiymətlərlə satır.

ABŞ ümid edir ki, Rusiya neftinə qiymət həddi qoyulması ideyası Çin və Hindistanın ürəyincə olacaq və onlar bu addımı dəstəkləyəcəklər.

Yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

Bloomberg agentliyinin ekspertləri bildirirlər ki, bu mexanizmin həyata keçirilməsi bir çox maneələrlə üzləşə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG