Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:41

Ekspert: 'İtkilər vətəndaşın çiyinlərinə qoyulacaq'


İ.Şaban
İ.Şaban

««Brent» markalı neftin , eləcə də Azərbaycan neftinin dünya bazarında ucuzlaşması «qara qızıl» bazarındakı tələb-təklifə bağlıdır. Açıq desək, hazırda neft bazarında təklif tələbi çox üstələyib».

Bunu AzadlıqRadiosuna Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

İ.Şaban deyib ki, 2017-ci ilin 9 ayı ərzində 39 faiz bahalaşan «Brent» nefti bu ilin son 45 günü ərzində 25 faiz dəyər itirib. Onun sözlərinə görə, bazara tələb olunan istehlakdan əlavə gündəlik 1.2- 2 milyon barel arasında neft çıxarılıb.

İ.Şaban deyib ki, yaxın vaxtlarda dünya bazarında neftin bahalaşacağını göstərən bir əlamət belə yoxdur.

Ekspertin deməsinə görə, indi gözlər yanvar ayında OPEC və qeyri-OPEC ölkələrinin iclasına dikilib: «Amma bu iclasa qədər Səudiyyə Ərəbistanı gündəlik istehsalı 500 min barel azaldacağını bəyan edib».

Ekspert qeyd edib ki, 2019-cu il dövlət büdcəsinin icrasında 2 milyard manat kəsr nəzərdə tutulur. Onun fikrincə, hökumət belə hesab edirdi ki, neft 75 dollar və ya ona yaxın həddə olsa, bu kəsriləri bağlaya bilər: «Neftin qiyməti indiki halda qalarsa, nəzərdə tutulanları etmək çətin olacaq. Qeyri-neft sektoru bu maliyyə azalmalarını bağlamaq gücündə deyil».

İ.Şaban vurğulayıb ki, hökumətin qeyri-neft sektorundan gözləntiləri özünü doğrultmayıb və belə halda itkilərin yerini doldurmaq ağırlığı vətəndaşın çiyinlərinə qoyulacaq.

2019-cu il Azərbaycanın dövlət büdcəsi layihəsində neftin bareli 60 dollardan hesablanıb. Hazırda dünya bazarında Azərbaycan neftinin qiyməti 64 dollara enib.

Xatırlatma

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat proqnozlaşdırılır. Büdcədə neftin bir bareli 60 dollar götürülüb. Bu il isə büdcədə neftin bir bareli 45 dollardan hesablanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG