Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:05

Neftin qiyməti kəskin düşməyə başlayıb


Küveyt birjası (Foto arxivdəndir)
Küveyt birjası (Foto arxivdəndir)

Bloomberg News yazır ki, ABŞ neft hasilatının artmasıvə səhm qiymətlərindəki enişin dərinləşməsi neft qiymətlərinin sabit artımına təhlükə yaradıb.

ABŞ-da neft hasilatçılarının quyu sayını artırdığına dair rəqəmlər açıqlandıqdan sonra Brent markalı neftin qiyməti yanvarın 8-dən bəri ən aşağı həddə enib.

Adətən neft qiymətlərinin sabitliyini dəstəkləyən başqa bir faktor da zəifləyib, beləki fevralın 5-də səhm qiymətlərindəki eniş daha da dərinləşib.

Xəbərdə deyilir ki, OPEC və Rusiyanın hasilatın ixtisarına dair razılaşmanın 2018-ci il boyunca da uzadılması qərarıBrent markasından olan neftin qiymətini bu il bir barrel üçün 70 dollara çatdırmışdı.

İlin əvvllərindən neft qiymətlərinin qalxması həm də ABŞ-ın neft anbarlarındakı səviyyənin enməsi, dolların düşməsi hesabına baş vermişdi.

PVM Oil Associates Ltd firmasından təhlilçilər Tamas Varga və Stephen Brennock yazırlar ki, qlobal miqyasda riskli aktivlərin kütləvi satışı enerji sektoru üçün də çətinliklər yaradır.

Bu da xəbər verilir ki, London birjasında Brent neftinin aprel ayı üçün proqnoz qiyməti birdən-birə 98 sent düşərək bir barrelin qiymətini 67, 68 dollara endirib.

Nyu York birjasında Texas neftinin qiyməti 61 sent ucuzlaşaraq 64, 84 dollar olub.

ABŞ neftçiləri ötən həftə daha 6 buruq qazaraq hasilat quyularının sayını 765-ə çatdırıblar.

Baker Hughes firmasının proqnozuna görə ABŞ-da neft hasilatının bir qədər də artacağı gözlənilir.

XS
SM
MD
LG