Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Neft pulları yenə artır, bundan xalqa nə çatır?


Vətəndaş neft milyardlarından nə qazandı?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Vətəndaş neft milyardlarından nə qazandı?

Dünya bazarlarında neftin qiyməti qalxır. Bəs Azərbaycanın neft pulları necə idarə olunur?

Bu həftə Brent markalı neftin bir barreli 75-80 dollara satılıb. 2016-cı ildən bəri bu, neft qiymətinin ən yüksək həddidir.

Neftin bahalaşması tendensiyası bu ilin yanvarından başlanıb.

Dövlət Neft Fondunun aprelin 1-nə olan məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə fondun aktivləri 5.1 faiz artıb, 37 milyard 631 milyon dollara çatıb.

Fond bildirir ki, aktivlərin artımı, büdcə gəlirləri, vəsaitlərin idarə edilməsindən əldə edilən qazanc hesabına baş verib.

Bakıda Sosial və İqtisadi İnkişaf Mərkəzinin iqtisadi təhlilçisi Rəşad Həsənov, Norveçin neft pullarını idarə edən fondun- Norveç Pensiya Fondunun təcrübəsini misal çəkir, deyir ki, bu Fond neftin istehsalı və satışından daha çox pul qazanır:

“Neft Fondunun idarə olunmasından əldə olunan gəlirlər orta hesabla 1-1,5 faiz olur, bir neçə il əvvəl, hətta 1 faizə düşmüşdü, amma Norveç Neft Fondunun idarə olunmasından əldə olunan gəlir isə orta hesabla 4-5 faizdir. Norveç Pensiya Fondu daha şaxələnmiş investisiya portfelinə malikdir. Norveç Pensiya Fondunun yatırımları daha innovativdir, bu isə gəlirlərin həcmində özünü büruzə verir”.

Dövlət Neft Fondundan deyilənlərə münasibət almaq hələ ki, mümkün olmayıb, sorğumuz gün ərzində cavabsız qalıb.

Amma Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bundan əvvəl AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Neft Fondu ehtiyatlı davranır və bunda haqlıdır, çünki dünyanın maliyə bazarlarında ciddi problemlər üzə çıxır. Ona görə də hökumət bu riskləri nəzərə alır.

Neft Fondunun internet saytında yerləşdirilmiş məlumata görə, fondun vəsaitləri hazırda inkişaf etmiş xarici ölkələrin dövlət istiqrazlarında, borc kağızlarında, depozitlərdə, pul bazarı alətlərində, daşınmaz əmlakda və qızılda saxlanır.

İqtisadçı Rəşad Həsənov deyir ki, Fond pulları yerləşdirərkən siyasi qərarlar da verir, halbuki, bunu etməməlidir:

“Rusiyaya edilən yatırımlar və ya rus rublu ilə vəsaitlərin saxlanılması... Çin yeninə edilməsi nəzərdə tutulan yatırımlar... Bunlar onu göstərir ki, Fondun investisiya siyasətinə onun idarə olunması siyasəti də qarışır. Bu da doğru yanaşma deyil. Mən hesab edirəm ki, Fond tam müstəqil fəaliyyət göstərməlidir”.

Keçən il Dövlət Neft Fondundan 6,1 milyard manat dövlət büdcəsinə köçürülüb.

Bəs görəsən Bakı sakinləri neft pullarının xərclənməsi barədə nə düşünürlər? AzadlıqRadiosu onların rəylərini öyrənib:

Neft milyardlarından xalqa nə çatır?
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb, məqsədi sərvətin nəsillər arasında bərabər bölünməsini, pulun səmərəli, məqsədyönlü xərclənməsini təmin etmək olub.

O vaxtdan fonda 130 milyard dollardan çox vəsait daxil olduğu deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG