Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Neftin qiyməti 2 dollar düşüb, amma 250 dollara da çata bilər?


Reuters agentliyi yazır ki, iyulun 11-də neftin qiyməti bir barrel üçün 2 dollar ucuzlaşıb və ekspertlər bunun ABŞ prezidenti Donald Trump-ın Çin malları üzərinə yeni idxal rüsumları qoyacağı ilə hədələməsi, habelə Liviyada əsas neft terminallarının yenidən açılması barədə xəbərlərlə bağlı olduğu qənaətindədirlər.

Xəbər verilir ki, Çinin 200 milyard dollarlıq malları üzərinə rüsum qoyulacağına dair hədələr bütün xammal növlərinin qiymətlərini və birjalardakı səhm qiymətlərini ucuzlaşdırıb.

Brent markasından olan neftin qiyməti 2, 06 dollar və ya 2, 61 faiz düşərək 76, 86 dollar olub.

CMC Markets firmasının baş strateqi Michael McCarthy deyib ki, ticarət narahatlıqları artıq özünü büruzə verir və əgər rüsumlar doğrudan da tətbiq edilərsə, bu, bütün qlobal artım və tələbi təsirləndirəcək.

Neft qiymətlərinin düşməsinə, habelə Tripolidən gələn xəbərlər səbəb olub. Bu xəbərlərə görə Liviyanın neft ixrac edən dörd dəniz portu yenidən açılıb. Bu da elan edilib ki, terminalların normal iş sürətinə qayıtmasına saatlar kifayət edəcək.

Bu portların bağlı olması Liviyanın neft ixracatını günə 1, 28 milyon barreldən 527 min barrelə endirmişdi.

Lakin neftin qiymətinə həm də ABŞ-ın İranın neft idxalına qadağandan müəyyən güzəştlər edə biləcəyinə dair xəbərlər təsir göstərib.

ABŞ-ın dövlət katibi Mike Pompeo iyulun 10-da demişdi ki, Vaşinqton bəzi ölkələrin İrandan neft almasına imkan verə bilər.

Bundan əvvəl Vaşinqton bütün ölkələrin İrandan neft alınmasını noyabrın 4-dən etibarən dayandırmalarını tələb etmişdi.

Noyabrın 4-dən etibarən İran üzərinə ABŞ sanksiyalarının bərpa olunacağına dair xəbərlər son həftələrdə neftin qiymətini son üç ildə ən yüksək həddinə qaldırıb. İran dünyanın beşinci böyük neft hasilatçısıdır.

Bu arada Business Insider yazır ki, İran Hörmüz boğazını bağlayacağına dair hədəsini reallaşdırsa, neftin bir barrelinin qiyməti 250 dollaradək çata bilər.

TeleTrade broker firmasının analitiki Artem Avinov bu qənaətdədir ki, İranın boğazı bloklaması dəniz yolları ilə daşınan günə 17 milyon barrelin nəqlini iflic edə bilər.

Lakin təhlilçi bunu da qeyd edir ki, hadisələrin bu cür inkişafı az ağlabatandır. Onun fikrincə İran öz üzərindəki sanskiya və məhdudiyyətlərin qaldırılmasına gətirib çıxara biləcək başqa reaksiya vasitələrinə əl atacaq.

Bundan əvvəl İran işarə etmişdi ki, ABŞ onun neft idxalını sıxışdırarsa, o da da Hörmüz boğazını bağlamaqla başqa Körfəz ölkələrinin dəniz daşımalarını dayandıra bilər.

Global FX frimasından başqa bir təhlilçi isə bu qənaətdədir ki, Hörmüzün blokadası təqdirində neftin bir barrelinin qiyməti 160 dollara çata bilər.

İran İnqilab Keşikçiləri Korpusu bəyan edib ki, ABŞ İran neftini dayandırsa, Tehran da “ya hamıya, ya heç kimə” siyasətinə başlayacaq.

Business Insider yazır ki, neft qiymətlərinin kəskin qalxacağına dair proqnozlar hazırkı geosiyasi durumla bağlıdır və yalnız hipotetik xarakter daşıyır.

Ekspertlərin fikrincə ABŞ-ın Beşinci Donanmasının gəmiləri regionda keşik çəkir və ümumilikdə bu gərginlik qiymətləri qaldıracaq. Lakin bu yüksəliş çətin ki, bir barrel üçün 250 dollar olsun.

Bütün narahatlıqlara baxmayaraq neftin qiyməti indilik nisbətən sabitdir və 77 dollar civarında var-gəl edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG