Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Neft ekspertləri: Qiymət qalxır, amma bayram eləməyə dəyməz


Fortune məcmuəsinin internet saytında Geoffrey Smith-in yazdığı məqalə “Neft qiymətləri qalxır. Bəs niyə heç kim bayram eləmir?” adlanır.

Məqlalədə deiylir ki, dünya neft qiymətləri son bir neçə gündə son iki ilin ən yüksək həddinə çatıb.

Sentyabrın sonunda bir barrel neftin qiyməti 59 dollara çatıb (oktyabrda 58 dollar). Bu isə o deməkdir ki, Brent markasından olan neftin qiyməti “2016-cı ilin qara günləri” ilə müqayisədə iki dəfə artıb.

Fortune yazır ki, bunun əsas səbəbi dünya iqtisadiyyatının bu onilikdə yaşadığı ən böyük artımdır. Eyni zamanda OPEC, Rusiya və başqa neft ölkələrinin qiymətlərin qaldırılması məqsədilə hasilatın ixtisarına dair razılaşmasına əməl olunur. Bundan başqa 2016-cı ildə son dərəcə şişmiş dünya anbarları tarixi normalına qayıdıb.

Smith yazır ki, buna baxmayaraq neft qiymətinin qalxması heç kimi sevindirmir və bunun əsaslı bir səbəbi var.

Birinciisi budur ki, Brent markasından olan neftin qiymətləri real ehtimallara yox, spekulyativ (şayiə) gözləntilərə əsaslanaraq hesablanıb.

Bu qiymət hesablanarkən Harvey qasırğasının ABŞ-ın neftayırma qabiliyyətini üçdə bir nisbətində azaltması nəzərə alınıb.

Lakin məsələ də burasındadır ki, dünya neft qiymətlərinə ciddi təsir göstərən ABŞ xam neft anbarlarındakı neftin səviyyəsi aprelədək düşməkdə davam etsə də, sentyabrın ilk üç həftəsində 15 milyon barrel artıb.

Bundan başqa ABŞ şist neftinin hasilatındakı texniki təkmilləşdirmə elə bir vəziyyət yaradıb ki, indi Amerika nefti hətta 50 dollardan baha qiymət şəraitində də sərfəlidir. Bu isə öz növbəsində ABŞ-da neft hasilatını daha da yüksəldəcək.

Bəlkə 2019-da

Bu arada ABŞ Neft Qiymətləri Xidmətindən (Oil Price Information Service) Tom Kloza CNBC-yə deyib ki, “Birləşmiş Ştatlar neft sahəsində misli görünməmiş addım ata bilər”.

40 illik qadağandan sonra iki il əvvəl ABŞ neftinin ixracına icazə verilib və qarşıdan gələn aylarda Amerika xam nefti ixrac rekordları vuracaq. Bu Brent markasından olan neftin qiymətini zəiflədəcək.

Kloza-ya görə ABŞ yaxın aylarda bütün qitələrə hər həftə 15-20 milyon barrel neft ixrac edə bilər.

Ekspert deyir kİ, “belə bir şey əvvəllər heç vaxt görünməyib”.

2015-ci ildə neft qiymətlərinin çöküşü proqnozunu dəqiq vermiş Kloza deyib ki, rekord ixracın qlobal bazarı necə təsirləndirəcəyini hələ bilmir.

Bununla yanaşı o deyib ki, İraqda baş verənlər və İranın nüvə proqramı ətrafındakı hay-küy neft qiymətlərini bir elə tərpətməyib.

Kloza bildirib ki, bütün 2017-ci il ərzində Brent markasından olan neftin qiyməti bir barrel üçün 54-57, Texas nefti üçünsə 47-51 dollar arasında oynayacaq. Bu elə təxminən indiki səviyyədir.

Ekspert deyib ki, maraqlı hadisələr 2018-də baş verəcək. İlin birinci yarısında qiymətlər zəif, ikinci yarısında güclü olacaq.

“Bəs bir barrel üçün 60 dollar qiymətini görəcəyikmi” sualına Kloza “bəlkə də 2019-da” cavabını verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG