Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Neftin qiyməti son üç ayda ən aşağı həddə enib


Neft qiymətləri iyulun 16-da bir barrel üçün 3 dollar ucuzlaşıb. Bundan əvvəl ABŞ maliyyə naziri Steve Mnuchin demişdi ki, ABŞ İrandan neft alan ölkələrə sanksiyalardan istisna verə bilər.

Mnuchin iyulun 14-də Mexikoda jurnalistlərə deyib: “Biz istəyirik ki, adamlar İrandan neft alınmasını sıfra endirsinlər, lakin onlar bunu dərhal edə bilmirlərsə, biz müəyyən hallarda istisnalar məsələsinə baxmağa hazırıq”.

Onun Reuters agentliyinə verdiyi bu bəyanata iyulun 16-sı səhərədək embarqo qoyulmuşdu.

Nazir habelə bildirmişdi ki, Trump adminsitrasiyası neft bazarına təlatüm gətirmək istəmir. Onun sözlərinə görə ABŞ administrasiyası İrandan onun nüvə və ballistik raket proqramına dair güzəştlər əldə etmək üçün Tehranın üzərinə təzyiq göstərir.

CNBC telekanalı bildirib ki, Qərbi Texas neftinin qiyməti 2, 95 dollar enərək bir barrel üçün 68 dollar olub.

Brent markasından olan neftin qiyməti 3, 41 dollar enərək 71, 52 dollar olub.

Trump administrasiyası üç həftə bundan əvvəl İran üzərinə sanksiyaların noyabrın 4-dən qüvvəyə minəcəyini və İrandan neft alan Avropa şirkətlərinə sanksiyalar qoyulacağını elan etməklə neft qiymətlərinin sıçrayışlı artımına səbəb olmuşdu.

Bunun ardınca ABŞ Dövlət Departamenti İran neftini almaqda davam edən bəzi müttəfiqlərə sanksiyalardan möhlət veriləcəyini bildirmişdi.

İndi belə görünür ki, Trump adminsitrasiyası İran neftinin satışına münasibətdə Barack Obamanın siyasətinə yaxınlaşır. Obama administrasiyası müttəfiqlərə İran neftini almaq icazəsi vermiş, lakin belə bir şərt qoymuşdu ki, belə bir idxal hər 180 gündən bir 20 faiz azaldılmalıdır.

CNBC xəbər verir ki, Trump administrasiyası ölkənin Strateji Neft Ehtiyatlarından neft satışına başlanması məsələsinə ciddi şəkildə baxır.

Neft qiymətlərinin enməsinə səbəb həm də Liviyadan neft ixracatının tam bərpa edilməsi olub.

Bundan başqa Rusiya və başqa neft hasilatçılarının hasilatı 1 milyon barrel artıra biləcəyi xəbər verilib. Rusiyanın enerji naziri Alexander Novak deyib ki, bu, neft bazarlarında fasilələrə yol verilməməsi üçün edilir.

Ötən ay OPEC və Rusiya neft hasilatının artırlması barədə razılığa gəliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG