Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

‘İtkin jurnalistə’ görə neft bazarında gərginlik var


İnsan haqları fəalları İstanbuldakı Səudiyyə konsulluğu qarşısında (Foto arxivdəndir)
İnsan haqları fəalları İstanbuldakı Səudiyyə konsulluğu qarşısında (Foto arxivdəndir)

Reuters agentliyi yazır ki, neft qiymətləri oktyabrın 15-də, səudiyyəli jurnalistin yoxa çıxması ilə bağlı yaranmış geosiyasi gərginliyə görə “möhkəmlənib”.

Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısıdır.

Brent markasından olan neftin proqnoz qiyməti 33 sent artaraq bir barrel üçün 80. 76 dollar olub.

ABŞ neftinin qiyməti 27 sent artaraq bir barrel üçün 71. 61 dollara çatıb.

Ötən həftə hər iki markadan olan neftin qiymətləri dörd faiz azalmışdı.

Təhlilçilər bildirirlər ki, dünyanın ən böyük neft hasilatçısı Səudiyyə Ərəbistanı ilə ən böyük istehlakçı ABŞ arasında jurnalist Khashoggi-nin yoxa çıxması ilə əlaqədar yaranmış gərginlik oktyabrın 15-də neftin qiymətini möhkəmləndirib.

ABŞ sakini olan Jamal Khashoggi oktyarbın 2-də Səudiyyənin İstanbul konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

ABŞ prezidenti Donald Trump bildirib ki, jurnalistin konsulluqda öldürülməsi isbat olunarsa, Səudiyyə “ciddi şəkildə cəzalandırılacaq”.

Səudiyyə Ərəbistanı oktyabrın 14-də bəyan etmişdi ki, Khashoggi məsələsi ilə bağlı üzərinə qoyulacaq hər hansı sanksiyalara cavab verəcək.

Təhlilçilər deyirlər ki, Səudiyyə və ABŞ arasında yaranmış bu gərginlikdən əvvəl də Birləşmiş Ştatların noyabrın 4-dən İran üzərinə sanksiyaları bərpa etmək qərarına görə neft bazarlarında qiymətlərin qalxacağına gözləntilər vardı.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi oktyabrın 15-də bəyan edib ki, Vaşinqton İranın neft ixracatını sıfra endirmək əzmində qalır.

Bu arada başqa neft ölkələri İran neftinin bazardakı yerini tutmağa tələsir. İraq 2019-cu ilin birinci rübündə özünün cənub limanlarından neft ixracatını günə 4 milyon barrelə çatdırmaq planlarını açıqlayıb.

Çikaqodakı Price Futures Group firmasının təhlilçisi Phil Flynn deyib ki, əgər Səudiyyə, İran üzərinə sanksiyaların bərpa olunacağı təqdirdə bazara dəstək verməsə, bazarda böyük qıtlıq yaranacaq.

Təhlilçinin fikrincə neftin qiymətini son günlərdə qaldıran məhz bu ehtiyatlanmalar olub.

Reuters bunu da qeyd edir ki, Trump-ın oktyabrın 15-də verdiyi bəyanat neft bazarındakı gərginliyi bir qədər azaldıb. ABŞ prezidenti Twitter-də yazıb ki, Jamal Khashoggi-ni “nəzarətsiz qatillər” də öldürə bilərdilər.

Bundan başqa Beynəlxalq Enerji Agentliyi oktyabrın 15-də bidlirib ki, neft bazarı hazırda “adekvat təchiz olunur”. Agentlik bu il və gələn il üçün neft tələbatı proqnozlarını da azaldıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə OPEC, Rusiya və ABŞ şirkətləri də daxil başqa hasilatçılar may ayından bəri neft hasilatını günə 1, 4 milyon barrel artırıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG