Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Neft Fondunun vəsaitləri 40 milyard dolları keçib


Bu il martın sonunda Azərbaycan Dövlət Neft Fondunun (DNF) vəsaitləri 40 milyard 273 milyon ABŞ dollarına bərabər olub

Bu barədə Neft Fondunun bu gün, aprelin 26-da yayılan məlumatında bildirilir.

Bu, ilin əvvəlindən (38 milyard 515 milyon ABŞ dolları) 4,56 faiz artıqdır. “Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub”,Neft Fondu bildirir.

2019-cu ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 5 milyard 961 milyon manat, büdcə xərcləri isə 2 milyard 641 milyon manat təşkil edib.

“Hesabat dövründə 2milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb.

2019-cu ilin yanvar-mart ayları ərzində DNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib” - açıqlamada qeyd edilir.

Məlumatda yazıldığına görə, yarandığı 20 il ərzində Neft Fondun vasaitləri ilk dəfədir ki, 40 milyard dolları keçib.

Xatırlatma

Fəaliyyət göstərdiyi müddətdə Neft Fonduna ümumilikdə 140 milyard dollar civarında vəsait daxil olduğu bildirilir.Müxalifət hesab edir ki, bu vəsaitin bir hissəsi korrupsiyanın yemi olub.

Amma hakimiyyət rəsmiləri bu deyilənləri qəbul etmir. Onlar həmin vəsaitlərin dövlət büdcələrinə transfert olunduğunu, bir sıra yerli və beynəlxalq layihələrə xərcləndiyini bildirirlər.

XS
SM
MD
LG