Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 01:57

Neft Fondunda pul azalır


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri bu ilin əvvəlindən təqribən 2 milyard dollar azalıb.

Bu barədə ARDNF-in bu gün, aprelin 16-da yaydığı məlumatda bildirilir. Məlumatda yazılıb ki, 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 milyard 349 milyon ABŞ dollarına bərabər olub.

Halbuki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323 milyon ABŞ dolları olmuşdu.

Bu ilin əvvəlinə nisbətən mart ayından etibarən neftin qiyməti təqribən 2 dəfədən çox düşüb.Valyuta hərracında da dollara təlabat artıb. Hərraca valyutanı ARDNF çıxarır.

Xatırlatma

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Bu Fonda yarandığı vaxtdan indiyə kimi ümumilikdə təqribən 160 milyard ABŞ dollarından çox vəsait daxil olub.

Bu vəsaitin böyük bir hissəsi büdcəyə trensfert olunub. Ölkə müxalifəti neft pullarının xərclənməsi zamanı korrupsiya hallarına yol verildiyini iddia edir. Hərçənd, rəsmilər belə iddiaları qəbul etmirlər.

XS
SM
MD
LG