Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:46

Şəmsəddin Hacıyev: ‘Hökumət bilməlidir ki, bu risklidir’


Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev

“Büdcədə neftin qiyməti bir az aşağı salınsa yaxşı olardı”.

Neftin qiyməti artıq 59 dollara düşüb. Bəzi təhlilçilər qiymətin bir qədər də düşəcəyini deyirlər. Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Neftin ucuzlaşması davam edərsə, büdcə layihəsinə yenidən baxıla bilərmi?

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçisi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Şəmsəddin Hacıyev bu haqda AzadlıqRadiosuna deyib:

Mən komitənin son iclasında bu məsələni qaldırmışam. Bir az risklidir, amma nəzərə almaq lazımdır ki, 2019-cu ildə büdcə gəlirlərinin formalaşmasında neftin qiymətinin qalxıb-düşməsinin bir o qədər də əhəmiyyəti olmayacaq. Büdcə artıq tərtib olunub. Bundan sonra büdcəyə baxılmasına, yəqin, ehtiyac olmayacaq. Amma hər halda hökumət bilməlidir ki, bu risklidir. Büdcədə neftin qiyməti bir az aşağı salınsa yaxşı olardı.

Təxminən nə qədər? 50, 45 və ya 40 dollar götürülməlidir?

50 dollardan aşağı götürmək düzgün olmazdı. Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək. Bu enmələr müvəqqətidir. Neftin qiymətinin aşağı düşməsi heç də iqtisadi amillərlə bağlı deyil. Bu, siyasi faktorlarla, sanksiyalarla bağlı bir məsələdir. Bu gün neftin qiyməti üç amillə bağlıdır: ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı. Bu ölkələr neftin qiymətinə təsir göstərirlər. Jurnalistlə bağlı məsələ olanda Səudiyyə Ərəbistanı ABŞ-dan fərqli mövqe tutmuşdu. Həmin günün ertəsi ekspertlər hamısı fikirləşirdi ki, neftin qiyməti 100-120 dollara qədər arta bilər. Yəni qiymət tələb və təkliflə bağlı deyil. Hər halda mən bu məsələni qaldırmışam, qiymət daha aşağı götürülsə daha yaxşı olar. Risklərdən daha çox sığortalanmaq olar. Amma 2019-cu il üçün büdcə xərclərinin, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün yetərincə vəsaitimiz var. Tam əminliklə deyirəm, neftin qiymətindən asılı olmayaraq 2019-cu il bizim büdcə bütün parametrlər üzrə həyata keçiriləcək.

Amma büdcədə 2 milyard manat kəsir var. O necə doldurualacaq?

Bunun mənbələri var. Bu, qeyri-neft faktoru ilə bağlıdır. 3-4 mənbə hesabına ödəniləcək. Bu da çox gözəldir. Təminat var və tamamilə neft faktoru ilə bağlı deyil.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin başqa üzvü, bitərəf deputat Vahid Əhmədov AzadlıqRadiosu-na deyib ki, parlamentin büdcə müzakirələri noyabrın 30-dək davam edəcək, bu müddətdə proseslər diqqətlə izləniləcək və zərurət yaranarsa neftin qiymətinə yenidən baxılacaq.

Deputatın fikrincə, neftin qiymətinin aşağı düşməsi daha çox siyasi amillərlə bağlıdır, nəinki iqtisadi.

2019-cu ilin dövlət büdcəsinin gəlirləri 22.9 milyard manat nəzərdə tutulub. Büdcənin xərcləri isə 24.7 milyard manat olaarq proqnozlaşdırılır. Neft ucuzlaşacaqsa bu kəsir necə ödəniləcək?

Vahid Əhmədov deyir ki, bunun neftə dəxli yoxdur, ehtiyat fonddan istifadə olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG