Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Neftə tələbat ‘görünməmiş şəkildə’ azala bilər


Səudiyyə fond birjası (Foto arxivdəndir)
Səudiyyə fond birjası (Foto arxivdəndir)

Martın 16-da neft qiymətləri daha 10 faizədək düşüb.

CNBC yazır ki, bu, ilk növbədə dünya boyunca koronavirusun artan templə yayılması ilə bağlıdır.

Xəstəliyin yayılmasını önləməyə çalışan ölkələr hərəkət sərbəstliyini məhdudlaşdırır və nəticədə nəqliyyata ehtiyac və neftə tələbat da azalır.

Martın 16-da ABŞ neftinin qiyməti 1.66 dollar və ya 5.2 faiz azalıb və bir barrel üçün 30.07 dollar olub.

Brent markasından olan neftin qiyməti 9, 4 faiz və ya 3.22 dollar düşərək 30.66 dollara enib.

Gün ərzində Brent neftinin qiyməti hətta 29.74 dollara düşmüşdü, bu isə 2016-cı ilin fevralından bəri ən aşağı həddir.

Ekspertlər bildirirlər ki, neftə tələbatın belə dramatik azalması görünməyən hadisədir.

Təhlilçi Pearce Hammond ötən bir neçə günü enerji bazarı üçün “dəhşətli həftə” adlanrıb.

Hələ son hədd deyil

Rystad Energy şirkətindən neft eksperti Bjoernar Tonhaugen deyib ki, bu, hələ neft qiymətinin düşəcəyi son hədd deyil.

Onun fikrincə, mart-aprel aylarında neftə tələbat dünyada indiyədək görünməmiş miqyasda azala bilər.

Koronavirusa görə neftə tələbatın azaldığı bir vaxtda Səudiyyə Ərəbistanı hasilatı günə rekord 13 milyon barrelə qaldıracağını bildirib.

ABŞ prezidenti Donald Trump martın 13-də bildirmişdi ki, o Enerji Nazirliyinə ABŞ-ın strateji neft ehtiyatı anbarları üçün neft alınmasını tapşırıb.

Reuters xəbər verir ki, ABŞ neftin alınmasına iki həftə müddətində başlaya bilər. Bundan əvvəl Səudiyyə Qərb müştərilərinə güzəştli qiymətlər təklif etmişdi.

Again Capital firmasının təsisçisi John Kilduff ABŞ strateji anbarlarının ucuz neftlə doldurulmasını “fantastik” ideya adlandırıb.

Lakin heç də hamı belə nikbin deyil. Goldman Sachs martın 15-də bildirib ki, bu addımın neftin qiymətini qaldıracağına inanmır.

Bank ekspertlərinin fikrincə Brent neftinin qiyməti böyük bir ehtimalla 30 dollardan aşağı enəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG