Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 19:34

NK-nın sosial ödəməni artırması necə qarşılandı? [video]


İşinizi itirsəniz, nə qədər işsizlik müavinəti alacaqsınız [Yeni qaydalar]
Gözlə

No media source currently available

0:00 0:15:26 0:00

İşinizi itirsəniz, nə qədər işsizlik müavinəti alacaqsınız [yeni qaydalar] [A-Live]

Bu il yanvarın 1-dən işəgötürənlər də, işləyənlər də 0,5 faiz artıq sosial ödəmə edəcəklər. Yəni bundan sonra işəgötürənlər 22,5 faiz, işçilər 17,5 faiz ödəmə edəcəklər.

Bu pul yeni yaradılmış işsizlikdən sığorta fonduna gedəcək. İşçi ixtisara salınsa və ya müəssisə bağlansa, ona bu fonddan pul ödənəcək. Beləliklə, işsizlik fondunu indiyə qədər olduğu kimi dövlət yox, vətəndaş özü formalaşdıracaq.

Nazirlər Kabineti İşsizlik sığortası almaq qaydaları dəyişib, yeni qaydaları şərh edən, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi, iqtisadi təhlilçi Toğrul Maşallı vətəndaşların gəlirinin azaldılmasını tənqid edir:

Buna da bax: İsa Qəmbər: 'Ölkə ağır böhran içindədir'

"Əslinə qalanda, sosial gərginlik olan dövrdə vergiləri artırmaq düzgün deyil. Amma proqnoza görə, bu vəsaitin böyük hissəsi dövlət büdcəsində işləyənlərdən gələcək – dolayısı ilə büdcədən maliyyələşəcək. İşləyən şəxslər üçün əlbəttə ki, gəlir itirmək düzgün deyil, amma bir tərəfdən də onların işsiz qalacağı müddətdə sığortaları olur".

Bakı sakinin Nuriyyə Hüseynova dövlət məmurudur, ayda 250 manat maaş alır. O, dövlətin bu qərarından məmnun deyil:

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

"Pis, onsuz da maaş az idi, indi də üstünə qoydular. Onsuz da 17 faiz tuturdularsa, indi də 0,5 faiz üstünə qoyurdularsa, lap pis olacaq, maaşımız onsuz da azdır".

Nazirlər Kabinetinin qaydalarında deyilir ki, sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş, xidmətdə işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər.

Yeni qanuna görə, işsizlik müavinətini ən azı bir il iş stajı olanlar ala biləcək.

Buna da bax: «Bütün günü iş gözləyirik»

Qaydalara görə, müavinət almaq üçün Məşğulluq Xidmətinə 10 gün ərzində müraciət etmək lazımdır. Toğrul Maşallı deyir ki, 10 gün ərzində müraciət etməyən, pul ala bilməyəcək.

Bəs işsiz qalana nə qədər müavinət veriləcək? Bununla da bağlı dəyişiklik var?

İşçi ixtisara düşsə, yaxud iş yeri bağlansa, maaşının neçə faizi qədər işsizlik müavinəti ala biləcək? Bu halda işçinin son bir ildəki orta aylıq maaşı hesablanır və onun 50, 55, yaxud 60 faizi qədər müavinət müəyyən edilir.

Buna da bax: Müəllim qul bazarından kababçı gedir

Faizin nə qədər olması isə stajdan asılıdır:

- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

Toğrul Maşallı deyir ki, dəyişikliklə sığortanın maksimim məbləği azaldılıb, minimum məbləği artırılıb.

“Əvvəllər maksimal məbləğ 70 faiz idi. İndi isə heç bir halda maaşın 70 faizini müavinət şəklində almaq mümkün olmayacaq. Ən yaxşı halda, 10 ildən çox stajı olan adam 60 faiz alacaq. Başqa bir dəyişiklik odur ki, əvvəllər minimal məbləğ Nazirlər Kabineti tərəfindən təsdiqlənirdi. 2017-ci ildə bu, 75 manat oldu. Dəyişiklikdən sonra minimum məbləğ 135 manatdır”.

Buna da bax: Azərbaycanda aksiz vergisi artarsa... [şərhlər]

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq. Onlardan soruşmuşuq ki, işsizə nə qədər müavinət vermək lazımdır:

Işsizlərə nə qədər müavinət verilsin? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli hakim partiyanın internet portalı yap.org saytına deyir ki, bu il, sığorta fonduna 90 milyon manat vəsaitin yığılması gözlənilir. Deputat deyib ki, bununla da, işsizliyə görə müavinət 2016-cı il illə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq.

Buna da bax: 'Bunun arxasında Azərbaycan hökumətinin şəxsi maraqları durur' - Müzakirə

2014-cü ilin sonunda neftin kəskin ucuzlaşmasından sonra hökumət büdcənin bəzi yüklərini azaldır, məsələn, bəzi dövlət qurumlarını təsərrüfat hesablı publik qurumlara çevirir, cərimələri artırır.

Buna da bax:

Hökümət işsizlik problemini necə həll edir?
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG