Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 12:44

Nazirlər Qarabağdan danışıblar


(soldan sağa) Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian, Almaniyanın Heyko Maas və Sergey Lavrov, arxiv fotosu
(soldan sağa) Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian, Almaniyanın Heyko Maas və Sergey Lavrov, arxiv fotosu

Üç aparıcı diplomatın Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ ətrafındakı durumu da götür-qoy etdiyi bildirilir

İyunun 7-də Fransa və Almaniyanın xarici işlər nazirləri öz təşəbbüsləri ilə rusiyalı həmkarları ilə üçtərəfli telefon söhbəti aparıblar. Onların digər məsələlərlə yanaşı Dağlıq Qarabağdan da danışdıqları bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Sergey Lavrov Fransanın Avropa və Xarici işlər naziri Jan-İv Lö Drian və Almaniyadan həmkarı Heyko Maasla telefon söhbətində Ukraynanın şərqində, Donbasdakı vəziyyəti müzakirə ediblər.

“Yalnız Bakı və Yerevanın razılığı ilə...”

Üç aparıcı diplomatın Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağ ətrafındakı durumu da götür-qoy etdiyi bildirilir. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il 9 noyabr və bu il 11 yanvar tarixli bəyanatlarının icrasına toxunublar.

“Atəşkəs rejiminə sərt əməl olunmasının və yaranan fikir ayrılıqlarının siyasi-diplomatik həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun danışıqlar prosesindəki rolunu təsdiqləyiblər. Rusiya tərəfi qeyd edib ki, beynəlxalq qurumların prosesə istənilən formada qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür”, – məlumatda deyilir.

Rusiya XİN söhbətin hansı təşkilatlardan getdiyini qeyd etmir. Bir müddət öncə Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan təklif edirdi ki, Azərbaycan silahlı qüvvələrini sərhəddən çəksin və mübahisəli əraziyə Rusiya, yaxud ATƏT müşahidəçiləri yerləşdirilsin. Fransa prezidenti isə sərhəd mübahisəsini BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə həllini təklif edirdi.

Ermənistan mayın 12-dən Azərbaycanın onun sərhədini pozaraq bir neçə kilometr ərazisinə girdiyini iddia edir. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini vurğulayır.

Kəlbəcərdə mina partlayışı. Mina nə zaman basdırılıb? Ekspertlərlə rəsmilər fərqli fikirdədir
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Fransa və Almaniya tərəfin məlumatı

Fransa isə telefon zəngindən sonra bildirib ki, Rusiya ilə səyləri koordinasiya etməyə hazırdır. Minsk qrupu həmsədri olan Fransa sərhəd mübahisəsində Ermənistanı dəstəkləyib. Prezident Emmanuel Makron Azərbaycanı qoşunlarını “Ermənistanın suveren ərazisindən çıxarmağa” çağırıb.

“Nazir Lö Drian bu ərazilərdə baş vermiş son hadisələrdən asılı olmayaraq delimitasiya və demarkasiya məsələlərinin həllindən ötrü danışıqlara başlamağın vacibliyini qeyd edib”, – rəsmi məlumatda deyilir.

Almaniya XİN də nazirlərin “Dağlıq Qarabağ ətrafında həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər”.

Azərbaycan Prezidenti İlham Əliyev isə müharibədən sonra dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq həll olunduğunu, keçmişdə qaldığını vurğulayıb.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG