Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:17

Nazir müavinlərinin 3 tərəfli formatda görüşü bərpa olunub


Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin Moskvada görüşü 30 yanvar, 2021

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 3 tərəfli formatda aparılan bu danışıqlarda , regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması müzakirə olunur.

Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri arasında işçi görüş bərpa olunub.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti, avqustun 17-də Rusiya hökumətinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksei Overçuk bu gün Moskvada, 2020-ci il 10 noyabr atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 3 tərəfli formatda aparılan bu danışıqlarda regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması müzakirə olunur.

Danışıqlar bir neçə ay idi ki, aparılmırdı.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, baş nazirin müavini Mqer Qriqoryan bundan əvvəl, indiki şəraitdə danışıqların davam etdirilməsi üçün əlverişli atmosfer olmadığını bildirsə də baş naziri Nikol Paşinyan ötən həftə keçirilən hökumət iclasında danışıqların bərpasının zəruri olduğunu israr edib.

Qeyd edək ki, tərəflər son aylar bir-birini vaxtaşırı sərhəd bölgələrində atəşkəs rejimini pozmaqda günahlandırırlar.

"Düşünürəm ki, baş nazir müavinlərinin üçtərəfli formatda işi bərpa etməli, bölgədə yeni iqtisadi və kommunikasiya imkanlarının həyata keçirilməsində daha aktiv olmalıyıq", deyə Paşinyan bildirib.

XS
SM
MD
LG