Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 18:14

Nazir BMT baş katibi ilə görüşüb


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov

Sentyabrın 25-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində  bu qurumun baş katibi Antonio Quterreş ilə görüşüb. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

XİN bildirir ki, tərəflər regiondakı son vəziyyəti də müzakirə ediblər:

“Nazir Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə… Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verdi.”

Məlumata görə, nazir, həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd etdi və bunun qəbuledilməz olduğunu vurğulayıb.

XİN-in bildirməsinə görə, baş katib isə Ermənistan Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb:

“Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır. Onun əsas mövzularından biri Əfqanıstandakı vəziyyət olub. Ötən ay Əfqanıstanda “Talibam” hərəkatı sialahlı yolla hakimiyyətə gəlib. Bundan sonra ölkədə humanitar problemlərin təhlükəli xarakter aldığı açıqlanıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharbəsində) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG