Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

Ermənistanda general Grigoryanın arvadına və oğluna cinayət işi açılıb


Nazik Amiryan
Nazik Amiryan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti general Manvel Grigoryanın arvadı Nazik Amiryanın həbs edilməsi barədə qərar qəbul edib.

Ermənistan polisinə onun axtarışı üçün sərəncam verilib.

Bu günlərdə Ermənistanın baş prokurorluğu general Manvel Grigoryanın əməllərində onun arvadı ilə əlbir olduğunu bildirmişdi.

Prokurorluq bunu da bildirirdi ki, Nazik Amiryan 3 min ət konservi tənəkəsinin Yerkrapa ittifaqının anbarından başqa yerə daşınmasına göstəriş verib.

Bundan əvvəl xəbər verilmişdi ki, generalın oğlu Karen Grigoryana qarşı da cinayət işinə başlanıb. O bu günlərdə Eçmiadzin şəhərinin meri vəzifəsindən istefa verib.

O da atası kimi ordu əmlakının mənimsənməsində ittiham olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə Karen Grigoryan “Qarabağ müdafiə ordusu üçün nəzərdə tutulmuş üç UAZ avtomobilini oğurlayıb”.

Bu arada Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Milli Məclisin deputatı, Yerkrapa könüllü ittifaqının sədri general Manvel Grigoryan-ın işi barədə yeni məlumatları və yeni videonu açıqlayıb.

MTX-nin mətbuat xidməti bildirib ki, “Dağlıq Qarabağın milli təhlükəsizlik xidməti iyunun 20-də Əskəran şəhərinin Mirzəcan ərazisindəki “GS+” anbarında axtarış keçirib.

Bu axtarış nəticəsində məlum olub ki, könüllü Yerkrapa təşkilatının rəhbərliyi Ermənistan və Dağlıq Qarabağın müdafiə nazirliklərindən böyük həcmlərdə ərzaq mallarını oğurlayıb. Bu mallar nazirliklərə aprel müharibəsi zamanı ictimai təşkilatlar və fərdi şəxslər tərəfindən ianə edilmişdi.

Məlumatda bildirilir ki, burada 25 ədəd “Soldatskiy payok” (Əsgər payı) adlı ət konservi, 229 ədəd boş ət konservi tənəkəsi, 2537 cüt corab, 19425 qutu siqaret, 882 cüt əlcək və başqa mallar tapılıb.

Bundan əvvəl Ermənistan MTX Manvel Grigoryanın Eçmiadzindəki malikanələrində aparılmış axtarışın videosunu yaymışdı.

Azatutyun xatırladır ki, Manvel Grigoryan qanunsuz silah əldə edilib saxlanmasında, ona etibar edilimiş əmlakın mənimsənməsində ittiham edilir.

O hazırda məhkəməyə qədər üç ay müddətinə həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG