Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:43

Nazarbayevlərin London mülklərinin müsadirəsi hələki alınmır


Nursultan Nazarbayevin nəvəsi Nurali Aliyev özünü biznesmen və investor kimi təqdim edir
Nursultan Nazarbayevin nəvəsi Nurali Aliyev özünü biznesmen və investor kimi təqdim edir

Britaniyada məhkəmə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə bağlı dəbdəbəli London malikanəsinin və iki başqa mənzilin Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən müsadirə olunması cəhdinin qarşısını alıb.

Bu malikanə və mənzillərin sahibi formal olaraq ofşor ərazidə qeydiyyatdan keçmiş şirkətlərdir.

MCA mülkiyyətin müsadirə olunması üçün ölkənin İzaholunmaz Sərvət Qanunundan istifadə etmək istəyirdi.

Bu qanun mənşəyi bilinməyən, daha doğrusu korrupsiya yolu ilə əldə edildiyinə şübhə olan pulla alınmış daşınmaz əmlakın dövlətin nəfinə müsadirə edilməsini nəzərdə tutur.

"Milyarderlər sırası"

Agentlik Nazarbayevlərə aid mülkiyyətin sahibliyi və hansı vəsaitlə alınması məsələsini 2019-cu ilin mayından araşdırırdı.

Lakin aprelin 8-də London Ali Məhkəməsi mülklərin sahibi olan şirkətlərə qarşı orderi ləğv edib.

MCA bildirib ki, o bu işin hüquqi müstəvidə çətin olacağını əvvəlcədən bilirdi və buna görə də apellyasiyaya hazırlıq görüb.

Söhbət Londonun “Milyarderlər sırası” kimi tanınan ən bahalı küçələrindən birindəki hovuzlu, kinoteatrlı malikanədən gedir.

Sözü gedən bu mülkdə Nazarbayevin nəvəsi Nurali Aliyev arvadı və uşaqları ilə yaşayıb.

Mülkləri Rakhat yox, Darigha alıb?

Ofşordakı şirkətlərin vəkilləri bildiriblər ki, sözü gedən daşınmaz əmlakı Nuralinin anası, Darigha Nazarbayeva alıb, o, isə maliyyə baxımından müstəqil adamdır.

Özünü biznesmen kimi təqdim edən Aliyev deyib ki, məhkəmə qərarı MCA-nın mülklərin müsadirəsi üçün orderləri qanunsuz əldə etdiyini göstərib.

Nazarbayevin qızı, hazırda Qazaxıstan Senatının spikeri olan Darigha Nazarbayeva məhkəmə qərarından məmnun olduğunu deyib.

Nursultan Nazarbayev (solda), Rakhat Aliyev, birinci ledi Sara Nazarbaeva (2019-cu ildə vəfat edib) 2009-cu ildə
Nursultan Nazarbayev (solda), Rakhat Aliyev, birinci ledi Sara Nazarbaeva (2019-cu ildə vəfat edib) 2009-cu ildə

Nazarbayevanın vəkili deyib ki, Qazaxıstan senatorunun “öz təmiz adını qorumaq üçün” mübarizəyə məcbur olması təəssüf doğurur.

MCA israr edir ki, sözü gedən üç mülk Aliyevin atası Rakhat Aliyevlə bağlıdır.

O bir vaxtlar Qazaxıstan hökumətində yüksək vəzifə tutsa da, daha sonra Nursultan Nazarbayevin qatı opponentinə çevrilib.

Rakhat Aliyev 2015-ci ildə Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG