Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:24

Nazarbayev çoxuşaqlı analara ‘vaxtında düşünəydiniz’ deyir


AzadlıqRadiosu xəbər verir ki, avqustun 21-də özünün Nur Otan partiyasının siyasi şurasında çıxış edən keçmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlətdən sosial yardım istəyən həmvətənlərini kəskin tənqid edib.

O yardım istəyən təbəqələrin adını çəkməyib, amma son yarım ildə Qazaxıstanda çoxuşaqlı anaların etirazları bitmir. Onlar uşaqları üçün müavinət və ucuz mənzillər tələb edirlər.

Nazarbayev çıxışında deyib:

"Şüar qaldırırlar: “Mənə ver, mənim uşağım çoxdur, ver”. Bəs sən nə düşünürdün? Bu sənin problemindir. Dövlət də problemi həll edib verəndə deyirlər: “Azdır, yenə də ver”.

Bu Nazarbayevin narazı çoxuşaqlı ailələrə dair ilk bəyanatı deyil.

O martın 8-də, hələ prezident olduğu bir vaxtda demişdi ki, Qazaxıstan vətəndaşları “sovet vaxtlarında olduğu kimi hər şeyin hökumət tərəfindən veriləcəyinə” ümid etməməlidirlər:

"İndi hamı öz qazancını necə xərcləməyi özü həll edir. Hər şeyi ölçüb-biçmək lazmdır: ailədə neçə uşaq olacaq və onlara necə baxılacaq”.

Lakin bu çıxışdan bir neçə həftə sonra Nazarbayev tonunu dəyişib demişdi ki, dövlət ehtiyacı olanlara həmişə dəstək verəcək və çoxuşaqlı analar dövlətin qayğısını hiss etməlidirlər.

Qazaxıstanda çoxuşaqlı anaların etirazları fevral ayından başlanıb. O vaxt Nur Sultan şəhərində baş vermiş yanğında bir ailənin 5 azyaşlı qızı tələf olmuşdu. Həmin vaxt uşaqların valideynləri gecə növbəsində idilər.

O vaxtdan bəri etiraz edən yüzlərlə qadın hökumətdən müavinətlərin artırılmasını, çoxuşaqlı ailələrə ictimai mənzillərin verilməsini və başqa güzəştləri tələb edirlər.

Şərhçilər bildirirlər ki, Nazarbayev əvvəllər bütün bunları vəd etsə də, bu vədlər reallığa çevrilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG