Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:40

Nazarbayev: Qazaxıstan elitasında konflikt yoxdur


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkə elitasında münaqişə olmadığını deyir. O, yanvarın 18-də videomüraciətində belə deyib. Nazarbayev buaykı etirazlardan sonra ilk dəfədir ictimaiyyət qarşısına çıxır.

Neftlə zəngin ölkəni 30 ilə yaxın idarə etmiş Nazarbayev etirazlar vaxtı Qazaxıstanda qaldığını söyləyib.

“2019-cu ildə prezident səlahiyyətlərimin hamısını Kasım-Jomart Tokayevə təhvil vermişəm və o vaxtdan təqaüdçüyəm”, – Nazarbayev güclü montaj olunmuş video bəyanatda deyib.


"Təqaüdçü"

“Hazırda paytaxtda təqaüdə çıxmış insanam, heç vaxt ölkəni tərk etməmişəm”, – o deyib.

Müstəqil Qazaxıstanın ilk prezidenti olmuş Nazarbayev həmvətənlərini Tokayevi dəstəkləməyə çağırıb, “elitalar arasında münaqişə, yaxud qarşıdurma olmadığını” vurğulayıb.

Videonun nə vaxt yazıldığı bəlli deyil.

Nazarbayev ölkədə baş vermiş etirazları “ekstremist qrupların ölkəmizin birliyini pozmaq cəhdi” adlandırıb.

O həmçinin Tokayevin tezliklə hakim Nur-Otan partiyasının sədri seçiləcəyini sözlərinə əlavə edib.

Yanvarın 2-də maye qazın bahalanmasına etiraz dalğası hökumət əleyhinə hərəkata çevrildi, ictimaiyyətin qəzəbi 81-yaşlı Nazarbayevə yönəldi.

Vəzifədən çıxarılanlar

Son günlər Nazarbayevin bir sıra qohumları dövlət sektorunda, dövlət şirkətlərində aparıcı vəzifələrini tərk edib.

Ötən həftə Tokayev Nazarbayevi ilk dəfə açıq şəkildə tənqid edərək deyib ki, onun hakimiyyəti dövründə Qazaxıstanda xeyli gəlirli şirkətlər və həddən artıq zəngin adamlar peyda olub. O, xalqın layiq olduğunu almasının vaxtı çatdığını bildirib.

Tokayev etirazlar vaxtı talanın, zorakılığın qarşısının alınması üçün ölkəyə KTMT qüvvələrini dəvət etdi. Bir neçə gündən sonra qüvvələrin çıxarılması prosesinə başlandığı açıqlandı.

XS
SM
MD
LG